"Yuventus"un baş məşqçisi Maurissio Sarri komandanın hücumçuları Kriştiano Ronaldo və Paulo Dibalanı birgə oynatmağın çətinliyindən danışıb.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, bununla bağlı deyib:

"Dibala fenomenal oyunçudur. Yeganə çətinlik onun və Ronaldo kimi iki yaxşı oyunçunun birlikdə oynatmağın asan olmamasıdır. Ancaq onlar həmişə vəziyyəti dəyişdirə bilirlər. Onlardan eyni anda istifadə etmək taktiki baxımdan  asan deyil. Buna baxmayaraq, komandada belə keyfiyyətlərə sahib iki oyunçu olduqda, qalan futbolçular həm hücumda, həm də müdafiədə oynayarkən buna uyğunlaşmalıdırlar".

Qeyd edək ki, Ronaldo bu mövsüm A seriyasında 21, Dibala isə 7 qol vurub.

скачать dle 12.1