BakiSesi.com

Azərbaycan cüdoçusu qızıl medal qazanıb - MDB Oyunları

Tarix:9-09-2021, 22:24 | Oxunub: 22
Azərbaycan cüdoçusu qızıl medal qazanıb - MDB Oyunları
Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarının cüdo yarışlarında final görüşlərinə start verilib.
60 kq çəkidə Azərbaycanın iki təmsilçisi Əhməd Yusifov və Rövşən Əliyev qızıl medal uğrunda qarşılaşmada bir-birinə rəqib olub. Görüşü Rusiyadan olan azərbaycanlı hakim idarə edib.
Döyüşün taleyi qızıl xalla həll olunub. Əliyev cərimə xalları hesabına qalib gələrək, çempion olub. Yusif isə gümüş medalla kifayətlənib.
Qeyd edək ki, bu gün mübarizə aparan oğlan cüdoçulardan Elçin Hüseynov (66 kq), Murad Fətiyev (81 kq) və Camal Feyziyev (+100 kq), qızlardan isə Şəfəq Həmidova (48 kq) bürünc medal qazanıb.
скачать dle 12.1