BakiSesi.com

Güləşçilərimiz dünya üçüncüsü OLDU

Tarix:11-10-2021, 10:20 | Oxunub: 12
Güləşçilərimiz dünya üçüncüsü OLDU
Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub.
Çempionatın son 4 günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutub.
Millimiz uğurlu çıxış edib. Belə ki, yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal toplayıb və komanda hesabında dünya üçüncüsü olub. Rusiya (152) birinci, İran (146) isə ikinci pillədə qərarlaşıb.
Beləliklə, komandamız 6 illik fasilədən sonra dünya çempionatında ilk üçlükdə qərarlaşıb. Bundan başqa, Azərbaycan yunan-Roma güləşi tarixində ilk dəfə dünya çempionatında 4 medal qazanıb ki, bu da rekord nəticədir.
Qeyd edək ki, Osloda Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) isə bürünc medal qazanıb.
скачать dle 12.1