Norveçin paytaxtı Osloda keçirilmiş Dünya Çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında 3-cü yeri tutan yunan-Roma güləşi üzrə Azərbaycan millisi vətənə qayıdıb.
Azərbaycan komandası 6 illik fasilədən sonra dünya çempionatında ilk “3-lük”də qərarlaşıb.
Azərbaycan yunan-Roma güləşi tarixində ilk dəfə mundialda 4 medal qazanıb ki, bu da rekord nəticədir.
Xatırladaq ki, Osloda Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) bürünc medal qazanıb.
Güləşçilərimiz Oslodan vətənə döndü
12
oktyabr
10:50

Qarabağ
KOMMENTLƏR