"OPEK+" ölkələrinin neft hasilatını rekord həcmdə azaldıması barədə əldə etdiyi razılığa Rusiya və Səudiyyə Ərəbistanının dəstəyi “qara qızıl”ın qiymətinin artmasına səbəb olub. Belə ki, London birjasında bu gün neftin qiymətində bahalaşma qeydə alınıb.
Cebhe.info xəbər verir ki, "Brent" markalı neftin avqust fyuçersləri 41 dollara qədər bahalaşıb. Bu isə 3 faiz artım deməkdir.
ABŞ-ın “WTI" markalı neftində də bahalaşma qeydə alınıb. İndi bu markalı neft 38 dollara təklif olunur. Bu da qiymətlərdə 2 faizlik arıtmdır. Bundan əvvəl “Bloomberg” öz mənbəyinə istinadən "OPEK+" ölkələrinin yeni görüşünün mümkünlüyü barədə yazmış və tarix olaraq 6 iyunu göstərmişdi.
Agentliyin məlumatına görə, Rusiya və Səudiyyə Ərəbistanı nəhayət ki, razılığa gəlib və neft bazarında ucuzlaşmanın qarşısı alınacaq. Bu barədə məlumat belə bazarda qiymət artımına kifayət edib. Hələlik heç bir ölkədən bununla bağlı açıqlama verilməyib.скачать dle 12.1