BakiSesi.com

Bu il Azərbaycana dolları nə gətirib? - Çaydan meyvəyə qədər - SİYAHI

Tarix:6-06-2020, 14:50 | Oxunub: 563
Bu il Azərbaycana dolları nə gətirib? - Çaydan meyvəyə qədər - SİYAHI
Dövlət Neft Fondu 2020-ci ilin ilk 5 ayında Azəri-Çıraq-Günəşli (AÇG) yatağından 2 milyard 106 milyon ABŞ dolları gəlir əldə edib.
Fondun yaydığı məlumata görə, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 120 milyon ABŞ dolları təşkil edib.
01.01.2020-01.06.2020 tarixində Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan gəlirlər 66 milyon ABŞ dolları olub.
Bəs ölkəmiz qeyri-neft sektorunda olan məhsulların ixracından nə qədər gəlir əldə edib?
Cebhe.info-nun Dövlət Gömrük Komitəsinin ən çox ixrac olunan məhsullar üzrə siyahısına istinadən məlumatına görə, bu ilin ilk dörd ayı ərzində Azərbaycana neft qaz sektoruna daxil olmayan məhsullar üzrə 548 886.58 dollar vəsait daxil olub.
Bu vəsaitin 153 931.68 dolları meyvə-tərəvəzin payına düşüb. Ölkəmizə tomat ixracı - 73 341.05 dollar, meşə fındığı ixracı - 43 324.15 dollar, xurma ixracı - 14 135.93 dollar, alma ixracı - 8 354.94 dollar, bitki və heyvan mənşəli piylər və yağların ixracı - 8 114.18, şəkər ixracı - 4 503.52, çay ixracı - 3 283.69 dollar gəlir gətirib.скачать dle 12.1