BakiSesi.com

Azərbaycan iqtisadiyyatının yenidən yüksələcəyi vaxt açıqlandı - PROQNOZ

Tarix:9-06-2020, 20:58 | Oxunub: 615
Azərbaycan iqtisadiyyatının yenidən yüksələcəyi vaxt açıqlandı - PROQNOZ
Bu il Azərbaycan iqtisadiyyatı yeni növ koronavirus (COVID-19) pandemiyası fonunda 2,6% azalacağı gözlənilir.
AzFakt.com APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat Dünya Bankının "Global Economic Prospects: Europe and Central Asia" adlı hesabatının iyun buraxılışında yer alıb.

Hesabatda qeyd olunur ki, 2021-ci ildə ölkədə ÜDM istehsalı 2,2% artacaq. Neft qiymətlərinin sabitləşəcəyini gözləyən bank, bu səbəbdən ölkədə iqtisadi aktivliyin 2021-ci ildə artacağını proqnozlaşdırır.

Hesabata görə, koronavirus pandemiyası Azərbaycanda büdcə xərclərinin səhiyyəyə yönələn vəsaitlərin artmasına, vergi ödəyiciləri üçün vergi ödəmələrində təxirə salınmanın təmin olunmasına və əhalinin sosial müdafiəsi tədbirlərinin genişlənməsinə görə artacaq.

Bundan əlavə, Dünya Bankının gözləntilərinə görə, neft qiymətlərinin kəskin azalmasından sonra Azərbaycanda bərpa olunan enerji mənbələrinə strateji investisiya planlarını genişləndiriləcək.

Qeyd edək ki, bankın bundan əvvəlki proqnozuna əsasən, 2020-ci ildə Azərbaycanda ÜDM 0,2% azalacağı, 2021-ci ildə isə 2,2% artacağı gözlənilirdi.
скачать dle 12.1