ABŞ-ın dövlət borcu 26 trilyon dollara çataraq yeni rekord müəyyən edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Qurumun məlumatına əsasən, Donald Trampın prezidentliyi dövründə ölkənin dövlət borcu 6 trilyon dollar artıb. Nazirlik bunu koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində hakimiyyətin atdığı addımlarla əlaqələndirir.

Birləşmiş Ştatların sabiq Maliyyə naziri Henri Polsonun fikrincə, dövlət borcunun nəzarətsiz artımı və büdcə defisiti dünyanın əsas valyuta ehtiyatı qismində çıxış edən dolların üstünlüyü itirilməsinə səbəb olacaq.скачать dle 12.1