"Kontakt Home" mağazalar şəbəkəsinin göstərdiyi xidmətlərlə bağlı müxtəlif şikayətlər səsləndirilir.

Budəfəki şikayət mağazada məhsullara verilən zəmanətlə bağlı olub. Fuad Hüseynov adlı sosial şəbəkə istifadəçisinin sözlərinə görə, "Kontakt Home" aldığı mobil telefonun bir müddət sonra işləmədiyini bildirib:

""Kontakt Home"dan heç kimin məhsul almamasını məsləhət görürəm, çünki onların verdiyi zəmanət heç bir işə yaramayan kağız parçasıdır. 5 ay əvvəl bu mağazadan "Xiaomi" markalı mobil telefon aldım. Çox səliqəli işlədirdim, bir cızıq bele yox idi. Telefon öz-özünə yüklənmə verdi ve açılmadı. Servislərinə apardıqda isə deyildi ki, 14 gün ərzində təmir edilib veriləcək, əks halda yenisi ilə əvəz olunacaq. 13-cü gün servislə əlaqə saxladıqda təmir üçün material olmadığını, təmirin uzandığını və məlumat veriləcəyi deyildi".

Şikayətçinin sözlərinə görə, təmir üçün verilən servisdə mobil telefon zədə görüb: "18-ci gün mənə mesaj yazdılar ki, məhsulunuzu götürün. Getdim, mənə telefonumu əyilmiş aypara formasında qaytardılar və düzəlmədiyini dedilər. Bildirdilər ki, telefon sizin tərəfinizdən təsir görüb, ona görə də zəmanət ləğv olunur. Dedim ki, mən axı sizə belə telefon verməmişdim. Onlar isə cavabında "istəsən də, istəməsən də belədir" dedilər. Ofislə əlaqə saxladıqda yenidən baxılma üçün servisə qaytarmağımı bildirdilər. İki gündən sonra zəng edib, telefonun əyriliyinin düzəldildiyini dedilər. Mən isə işləmədiyi halda mənə lazım olmadığını bildirdim. Deyirlər ki, apar haradasa düzəltdir".

"Kontakt Home" mağazasından isə şikayətə cavab olaraq məsələ araşdırılacağı bildirilib./mediapostскачать dle 12.1