«Şahdağ Turizm Mərkəzi» QSC-nin kasko sığorta ilə bağlı tenderi baş tutmayıb.

FED.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir. Açıqlamada deyilir ki, «Şahdağ Turizm Mərkəzi» QSC-nin avtomobilləri üçün «Kasko» sığortası xidmətinin satın alınması ilə əlaqədar dərc edilmiş açıq tenderinin davamından “Dövlət satınalmaları haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən imtina edilib.
Xatırladaq ki, həmin maddəyə əsasən tenderə qatılan iştirakçıların sayı 3-dən az olduqda tender ləğv edilməlidir.
скачать dle 12.1