Bu ilin II rübündə Türkiyə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 9,9% kiçilib.
“Report” bu barədə türk mətbuatına istinadən xəbər verir. 
Məlumata görə, I rüblə müqayisədə isə iqtisadi azalma 11%-dir. 
Hesabat dövründə qonşu ölkədə kənd təsərrüfatı 4%, informasiya və rabitə fəaliyyəti 11%, maliyyə və sığorta fəaliyyətləri 27,8%, əmlak fəaliyyəti 1,7% artsa da, sənaye 16,5%, tikinti sektoru 2,7%, xidmətlər 25%, peşə, inzibati və dəstək xidməti fəaliyyətləri 16,5%, dövlət idarəetməsi, təhsil, insan sağlamlığı və sosial xidmət fəaliyyətləri 2,4% və digər xidmət fəaliyyətləri 18% azalıb.скачать dle 12.1