Tovuzda dana ətinin qiyməti düşüb.
Bakisesi.com-un məlumatına görə, ətin 1 kiloqramı əvvəl 11 manat idisə, indi 9 manata təklif olunur.
Xırdabuynuzlu heyvan ətinin qiymətində də 1-1 manat 50 qəpik ucuzlaşma müşahidə olunur.
Qəssablar bildirirlər ki, pandemiya dövründə kütləvi yas və toy mərasimləri keçirilmədiyi üçün ətə olan tələbat azalıb. Üstəlik, restoranların fəaliyyətinə qoyulan məhdudiyyət də qiymətin düşməsinə təsir edib.
Digər tərəfdən ətin ucuzlaşması alıcılıq qabiliyyətini artırıb.
Bərdə rayonunda da ətin qiyməti xeyli düşüb. Əsas ucuzlaşma xırdabuynuzlu heyvanlarda yaşanır. Bir müddət əvvəl 12-13 manata satılan quzu əti hazırda 10-11 manata təklif edilir.
Ucuzlaşmaya səbəb bazarda xırdabuynuzlu heyvanların qiymətinin aşağı olmasıdır. Bərdədə satıcılar ucuzlaşmanı pandemiya dövründə toy olmadığı üçün ətə tələbatın azalması ilə izah edirlər.
Ət ucuzlaşdı - Video
06
sentyabr
10:01

Qarabağ
KOMMENTLƏR
- Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi
- İcra başçısı özünə yeni müavin təyin etdi
- "Onunla danışıqlar aparmaq çətindir" - Tramp
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar