Teref.az xəbər verir ki, yanacağın qiyməti qalxandan sonra sürücülər arasında (bizdə bir sürücü olaraq onlara qatılırıq) "Benzin və dizelin qiyməti artandan bəri sərfiyyat çoxalıb" kimi xəbərlər dolaşmaqdadır. Teref.az olaraq qeyd etmək istəyiri ki, bu həqiqətən belədir. Bu barədə sosial şəbəkədə
Avtosfer.az saytinın baş redaktoru Elməddin Muradlının sosial şəbəkələrdə bu barədə müraciətini təqdim edirik;
"Əfəndilər, məncə artıq yanacağın keyfiyyəti ilə bağlı ciddi məsələ qaldırmaq lazımdır. Benzin və dizelin qiyməti artandan bəri sərfiyyat çoxalıb. Nə sirdirsə eyni avtomobillərdə eyni həcmdə yanacaq 20-30 km fərq edir. Yəni əvvəl 10 manata 11 litr benzin alıb 100 km sürənlər indi deyirlər ki, 11 manata yenə də 11 litr benzin alinsa da sərfiyyat 70-80 km-dən o yana keçmir.
Deməli, yanacaqdoldurma məntəqələri ya yanacağı daha çox kəsir, ya da tərkibinə çoxlu qatqılar qatılır. Odur ki, artıq bu məsələyə hüquq-mühafizə orqanları qarışmalıdır.
Litrdə kəsirlərsə demək ki, cibimizə girirlər və soyğunçuıuq edirlər.
Qatqı qatırlarsa lap pis. Deməli, onkoloji xəstəlillərin sayı artacaq, ətraf mühit daha çox çirklənəcək.
Görəsən bu alçaqların özü, ailəsi, balaları bu havanı udmur? Bu nə qəddarlıqdır edirlər?
DİN və DTX-nın bu məsələyə ciddi yanaşacağına inamım böyükdür. Heç kim yaxasını kənara çəkməsin. Hamı birlikdə sözünü desin. Cibimizə girirlər, həyatımızı zəhərləyirlər, bu mafiyaya dur deyilməlidir. Artıq yetər. Yanacaq mafiyası çox irəli getdi."
Teref.az olaraq Elməddin Muradlının bu müraciətinəı bizdə qoşularuq!скачать dle 12.1