"Azərbaycanda “qudalıq prinsipinə əsaslanan” idarəetmə modeli haqqında ciddi araşdırmaların aparılmasına ehtiyac var”.
Yenicag.az xəbər verir ki, bu fikirləri ölkənin idarəetmə modeli ilə bağlı vəziyyəti dəyərləndirən iqtisadçı Rəşad Həsənov bildirib.
Rəşad Həsənov qeyd edib ki, demokratik idarəetmədən “qudalıq modeli”nə transformasiya geniş yayılıb:
“Azərbaycanda “Karyera və qudalıq”, “Qudalığa əsaslanan inkişaf”, “Yüksək ranqlı qudalıq münasibətlərinin biznes mühitə təsirləri”, “Əksmərkəzləşmədə qudalıq effekti”, “Vəzifə səlahiyyətlərinin itirilməsinin qudalıq münasibətlərinə və əksinə təsirlərinin ölçülməsi” kimi mövzuları da dərindən araşdırmaq lazımdır.
Hətta bununla yanaşı, qısa siyahını da təqdim etmək olar. Bu qudalar siyahısına əsasən, keçmiş nəqliyyat naziri Ziya Məmmədov sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovla, Ziya Məmmədov həmçinin sabiq deputat Əliağa Hüseynovla, Mərkəzi Bankın sədri Elman Rüstəmov Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ilə, Milli Məclisin eks-spikeri Oqtay Əsədovla Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayevlə, Baş prokurorun sabiq birinci müavini Rüstəm Usubovla və keçmiş müdafiə sənayesi naziri Yavər Camalovla, Prezident Administrasiyasının ləğv edilmiş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevlə, sabiq vergilər naziri Fazil Məmmədov eks-nazir müavini Namiq Əliyevlə, vergilər nazirinin keçmiş müavini Namiq Əliyev Azərbaycan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovla, sabiq təhsil naziri Misir Mərdanov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin keçmiş hakimi Mənsur İbayevlə, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq rəhbəri Hacıbala Abutalıbov keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla, Əli Abbasov həmçinin “Azərenerji” ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevlə, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevlə qudadırlar. Araşdırmaq lazımdır ki, bəlkə elə bu, yaxşı modeldir. Əgər elədirsə, bu modelin ixrac imkanları öyrənilməldir”.
Nazirlərin “sarsılmaz” “QUDALIQ MODELİ” - “Araşdırmaq lazımdır, bəlkə...”
09
fevral
12:33

Qarabağ
KOMMENTLƏR
200-dən çox dəmiryolçudan ŞOK MÜRACİƏT: “Ziya Məmmədov katibəsini öldürüb, filan yerdə basdırıb” – AÇIQLAMA (VİDEO)
Vəzifədən çıxarılan məmur qudalar: Eks-nazirlər, sabiq deputatlar...
Ziya Məmmədovun qardaşı oğluyla bağlı qərar verildi
Ziya Məmmədovun qardaşı oğluna ağır cəza
Ziya Məmmədovdan yeni xəbər var:
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər