Bəs, siz hara baxırdınız, cənab hüquqşünaslar, hakimlər ?  

“Baku Steel Company”-nin direktoru Rasim Məmmədovun həbsi cəmiyyətdə ciddi rezonans  doğurub. 
Mətbuatda  Ramiz Mehdiyevin  “qara kassası”  adlandırılan bu adam özünü az qala toxunulmaz şəxs hesab edirdi. 
Bu adam ölkə metallurgiyasını çökdürmüş, bu sahədə çalışan digər iş adamlarını  demək olar ki, məhv etmişdi. 
Bu adam təkcə  metal biznesi ilə deyil, həm də təhsil biznesi ilə də məşğul idi. Azərbaycanda ən bahalı məktəblərdən biri olan “Baku Oxford School”un sahibi idi. 
Bir sözlə, Ramiz Mehdiyevin hesabına qanun-zad, hüquq-filan bilmirdi. 
Bu adam o qədər həddini aşmışdı ki, Bakıda 1 milyon dəyəri olan  zirehli  avtomobildə   gəzirdi, özünün bahalı avtomobil kolleksiyası var idi.
Bu gün “Baku Steel Company” MMC-nin dövlət büdcəsinə yüz minlərlə borcu var. Digər eyni  profilli metaltökmə zavodlarına da  milyonlarla borcu var. 
Bütün bunlar və yəqin ki, bizim bilmədiyimiz bir çox cinayətlər  istintaq zamanı  ciddi araşdırılacaq.
Ancaq bəzi suallar var ki, onlardan yan keçmək olmur. 
İlk növbədə ondan başlayaq ki, bu miqyasda şirkətin hüquqşünası var, mühasibatı var  və digər məsuliyyət daşıyan şöbələri, şəxsləri var.
Yaxşı tutaq ki, Rasim Məmmədov kor atını minib ölkədə köndələn çapırdı. 
Bəs, sizlər hara baxırdınız, cənablar ? 
Digər  sualımız  vergilərlə bağlıdır. Bu şirkətin dövlət büdcəsinə borcu nə az, nə çox yüz minlərlədir. 
Yaxşı dövlət  qurumları hara baxırdı ? 
Niyə vaxtında bu borclar ödənməyib ? 
Adi vətəndaşın 100 manat borcu olan kimi qapısını kəsdirirsiniz…
Digər sualım məhkəmə hakimlərinədir. 
Axı neçə illərdir  Rasim Məmmədovdan narazı qalan şəxslər məhkəmələrə müraciət edirdi. Amma nəticə olmurdu. 
Görəsən, hakimlərimiz  Rasimin qabağında nəyə oxşayırdı..
Bu barədə özünüz düşünün. 
Bir filmdə deyilir ee…Ayə, qoymayın üstümə İrasim gəlir..скачать dle 12.1