Lətifələr bəzən cəmiyyətdəki problemləri ən qısa, ən yığcam, yəni birbaşa ifadə etmək üçün bir vasitədir. 
Bir neçə il əvvəl rayon  hərbi komissarlarından ( voyenkom ) biri  çəkisi hərbi qulluğa  uyğun gəlməyən, yəni çəkisi normadan 600-700 qram  az olan gəncin valideynlərindən  pul ala bilməyən “voyenkom”  işçilərinə  tapşırıb ki,  uşağı güdün “obeddə” yemək yeyən kimi tutun gətirin və çəkin…onda çəkisi normaya uyğun gələcək…və basaq getsin ..
Bunu niyə yada saldım. 
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində tez-tez  ayağı amputasiya olunmuş əlilləri yenidən tibbi baxışa  çağırırlar. Ayağı kəsilmiş əlillərdən biri  bir dəfə sual edir ki: Niyə hər dəfə bizə əziyyət verirsiniz ? Axı, mənim kəsilmiş ayağım təzədən uzanan deyil…
Bu xırda anekdotda böyük həqiqət var. Hər dəfə rüşvət almaq üçün bu əlilləri yenidən tibbi baxışa çağırmaq nəyə lazımdır ? 
Biz anlayırıq ki, elə xəstəliklər var ki, müəyyən zamandan sonra bərpa olunur. Amma…
Bu uzun girişdən sonra keçək əsas mətləbə. 
Gundelik-baku.com-un redaksiyasına müraciət edən Zəngilan sakini bildirdi ki: 
“Bir qardaşım Fərəcov  İsax  Allahverdi oğlu  1994-cü ildə Qarabağda şəhid olub. 
Bir qardaşım oğlu  Fərəcov  Fərəc Zahid oğlu  2010-cu ildə hərbi xidmətdə olarkən erməni snayperi  tərəfindən vurulub və hazırda  II qrup əlildir. 
Digər qardaşım Fərəcov Firudin Allahverdi oğlu isə Qarabağ əlilidir və 27 ildir ( 1993-cü ildən ) əlillik pensiyası alır. Bəs problem nədir ? 
Əlilin bacısı müxbirimizə bildirib ki,  yeni nazir Sahil Babayev təyin olunandan sonra bizə zülm edirlər:
“Təsəvvür edirsiniz, qardaşımgil  1993-cü ildən AZİ-nin yataqxanasında  məskunlaşıb, sonradan Prezidentin qərarı ilə Abşeron rayonu Masazır qəsəbəsində məskunlaşıblar. Həmin dövrdə qardaşım dəfələrlə Abşeron rayon Mərkəzi Xəstəxanasında tibbi  baxışdan keçib, əlilliyi yenidən təsdiqlənib. Həmin vaxtdan  bu günədək Abşeron Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralova, Abşeron rayon poliklinikasının müdiri isə  Musayev Fariz Qurban oğlu olub. 
Abşeron səhiyyəsinin  bu iki ismi xalauşağıdır. Üstəlik  Mehriban Qaralova keçmiş deputat Zahid Qaralovun qızı və üstəlik sabiq baş prokuror Zakir Qaralovun əmisi qızıdır. 
Bəli, problem Sahil  Babayev  nazir  təyin olunandan sonra başlayıb. 
Qarabağ əlilinin bacısı daha sonra qeyd edir ki: 
“Qardaşımı yenidən həkim-tibb baxışına  çağırdılar. Qardaşım Firudin Fərəcovun Abşeron xəstəxanasında  həkimi həmişə Ülviyyə həkim olub. Sonuncu dəfə Ülviyyə həkim dedi ki,  gedin Fariz həkimin yanına. Fariz həkim isə dedi gedin Əsmər həkimin yanına. Əsmər həkim isə qardaşımı göndərdi Travmatologiya və Ortopediya İnstitutuna. Orada qardaşımın əlilliyi yenə təsdiq olundu və müsbət cavab yazıldı. Qayıdıb gəldik Fariz Musayevin yanına. Cavabı müsbət görən Fariz Musayev  bizi göndərdi cərrah Toğrul Rüstəmovun qəbuluna. Bir sözlə, qalmışıq  bu həkimlərin əlində “. 
Əlilin bacısı soruşur ki, Fariz Musayev əlində müsbət cavab olduğu halda niyə bizi yenidən cərrah Toğrul Rüstəmovun yanına göndərir ? 
Bu süründürməçilik nə qədər davam edə bilər ? 
Bu nə  biabırçılıqdır ? “
Sonda əlilin bacısı bildirdi ki, 27 ildən sonra həkim qardaşıma deyir ki, qəlpə sənin başına, ya da ürəyinə çox yaxın deyil…
Bu nə deməkdir, bunu necə başa düşək ?
Bir sözlə, Abşeron Xəstəxanasında sabiq Baş prokuror Zakir Qaralovun qohumları  Qarabağ əlillərinə zülm edir. 
Ancaq bütün göstərişlər yuxarıdan, yəni cənab nazir Sahil Babayevdən gəlir. 
P.S. Biz yazının girişində  amputasiya olunmuş ayağın təzədən uzanmasını əbəs yerə xatırlatmadıq. Cənab Sahil Babayev əlilin kəsilmiş  ayağı sonradan uzanmır.скачать dle 12.1