“35 yaşlı icra başçısının xanımı 350 minlik avtomobil idarə edir” başlıqlı ötən yazımızda Azərbaycanın ən gənc, 35 yaşında Ağstafaya rəhbər təyin olunan icra başçısı Seymur Orucovun bahalı avtomobilindən bəhs etmişdik .
Qısa məlumat üçün qeyd edək ki, dəyəri 350 min manat olan 10 NK 200 dövlət nömrə nişanlı GMC Yukon Denali markalı avtomobil icra başçısının qardaşı Vasif Orucovun adına sənədləşdirilib.
Ancaq avtomobili başçının həyat yoldaşı Çeşmə xanım idarə edir. Çeşmə xanım Maştağa qəsəbəsində bağça müdirəsidir. Və Maştağa sakinləri ilə aralarında narazılıq var.
Yazı oxucular tərəfindən maraqla qarşılanıb və ciddi komentlər və suallar gəlib.
Görəsən, 35 yaşlı icra başçısı dəyəri 350 min olan xarici avtomobili hansı pulla alıb ?
Hələ avtomobil harasıdır ?
Cənab icra başçısının Elmlər Akademiyası ərazisində neçə mənzili var ?
Bəs Novxanı ərazisində bağ evinin dəyəri neçə yüz min, bəlkə də neçə milyon olar..?
Yaxşı tutaq ki, 350 minlik avtomobili icra başçısının qaynatası, Narxozun keçmiş rektoru Şəmsəddin Hacıyev bağışlayıb.
Bəs mənzilləri, bağ evini kim bağışlayıb ?
Bəlkə cənab başçının dayısı Həmkarların sədri Səttar Möhbalıyev hədiyyə edib ?
Hər yerdə filankəsin kürəkəni, filankəsin bacısı oğluyam deməklə deyil e…
Cənab Prezident gəncləri vəzifəyə təyin edəndə dedi ki, sizə etimad göstərirəm, etimadı doğrultmasanız, işdən çıxardacam.
Deyəsən Seymur Orucovun etimad limiti tükənmək üzrədir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ağstafanın 35 yaşlı başçısının etimad limiti tükənir-Bahalı mənzillər, bağ evləri kimindir ?
23
fevral
14:17

Qarabağ
KOMMENTLƏR
Ağstafada vətəndaş fəryad edir, başçı isə öz kefində... - “Nə uşaqpulu, nə sosial yardım, nə normal maaş var”
Beyləqanda şəhid atası icra başçısının verdiyi 300 manatı geri qaytardı – NARAZILIQ
İcra başçısının müavininə TƏBİB-də vəzifə verildi
Prezidentin işdən çıxardığı 19 illik icra başçısı - DOSYE
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat