Bəşəriyyətin tarixi qanlı müharibələr,  dəhşətli qırğınlar tarixidir. 
Bir şairin dediyi kimi, qədim insan düşməninə bir daş atdı. 
Bəli, atılan daş  sonra oxa, sonra tüfəngə, sonra tanka-topa və sonda atom bombasına çevrildi. 
Bizim xalq da bəşəriyyətin  bir hissəsi kimi zaman-zaman faciələr yaşayıb.
Çox uzaq tarixə getməyək. Elə əsrin əvvəlində, 1904-1905-ci illərdə baş verən qırğınlar hamımızın nənəsinin, babasının yadında idi. Vəhşi ermənilərin adamların belinə qaynar samovar bağlamasını, hamilə gəlinlərin qarnının yarılmasını, körpə uşaqların quyulara atılmasını, qoca insanların məscidə doldurulub yandırılmasını hamımız eşitmişdik. 
Mən hələ  1918-ci ildə Bakıda ermənilərin  törətdiyi qanlı qırğınları demirəm. Bakıda minlərlə  azərbaycanlı daşnaklar tərəfindən qətl edildi. 
Düzdür, Sultan bəy kimi igid kişilərimiz də olub ki, az da olsa bu qırğınların  cavabını verib, hətta erməni generalı mənfur Andranikin qulağını kəsib. Amma təəssüf ki, biz ermənilərdən qisasımızı ala bilmədik. Hətta bu boyda faciələri unutduq. 
Axı, atalarımız demişdi ki, qəvi düşmən dost olmaz. Bəs biz niyə ermənilərlə dostlaşdıq, hətta qardaş olub Hayastan...dedik.
Niyə unutqan olduq..?
Bax o unutqanlıq bizi XX əsrin sonunda yenə faciə ilə üzləşdirdi.
Qərbi Azərbaycandan olan yüz minlərlə azərbaycanlı öz doğma yurdundan qovuldu, evləri yandırıldı, uşaqları turbalara doldurub qaynaq etdilər. Sonra kəndlərimiz, rayonlarımız işğal olundu. Və ən dəhşətlisi Xocalı faciəsi... Bu şəhərdə xalqımıza qarşı soyqırım -genosid  baş verdi. 
29 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.
Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Ana harayı” adlı abidə ucaldılıb.
Heydər Əliyev Fondu da Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə soyqırımla bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anım mərasimləri keçirilir.
Və keçirilən tədbirlərin nəticsi olaraq  Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina və s. ölkələrin parlamentləri Xocalı faciəsini soyqırım və Azərbaycana qarşı cinayət aktı kimi tanıyıblar. Bundan əlavə, Xocalı soyqırımı ABŞ-ın onlarla ştatının qanunverici orqanları tərəfindən də tanınıb.
Bütün bunlar hamısı yaxşı və vacibdir.
Amma...amma və lakin...
Biz 100 ildir  qısasımızı ala bilmirdik. Bəs deyirdilər qisas qiyamətə qalmaz. 
Bəli, nəhayət 100 ildən sonra qisasımızı ala bildik. 
2020-ci ilin sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması uğrunda döyüşlərə başlayıb. 44 gün davam edən döyüşlər nəticəsində  bütün rayonlarımız, şəhərlərimiz, qəsəbələrimiz, kəndlərimiz, dağlarımız, çaylarımız  murdar ermənilərdən azad oldu. 
Şuşa azad edildi.  Minlərlə erməni əsgərinin leşi sahibsiz qaldı. Ermənilər  tarix boyu almadığı  zərbəni aldı.   
Və ən əsas Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Xocalının qisasını aldı. 
Amma və lakin...
Bu faciələri unutmamalıyıq. Başımıza gələnlərin bir qismi unutqanlıqdan gəlir.скачать dle 12.1