Bu gün Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəis əvəzi, polkovnik Elxan İbrahimov tutduğu vəzifədən azad edilməsi xəbəri yayılıb. Məlumat üçün qeyd edək ki, Baş İdarənin əvvəlki rəisi general-mayor
Natiq Əliyev olub. O, ötən ilin iyun ayında ehtiyyata buraxılıb.
İndiyədək onu
Elxan İbrahimov əvəz edirdi. Onun müdafiə naziri
Zakir Həsənovun qohumu olması deyilir.
Maraqlı olan nədir ? Baş İdarənin Planlaşdırma şöbəsinin müdiri
Rəşad Sərxoş oğlu Behbudov keçən il deyirmiş ki, idarədə işləyənlərin bəzilərinin “torbasını” mən tikdim, əgər Elxan İbrahimov da mənim sözümə baxmasa, onu da yola salacam.
Atalar deyib ki, dəlidən doğru xəbər.
Deyəsən,
Rəşad Behbudov həqiqətən də Baş İdarədə
söz sahibidir.
Bütün kadr dəyişiklikləri, yeni təyinatlar, yerdəyişmələr və maxinasiyalar Rəşad Behbudovun əli ilə həyata keçirilir. Və Behbudov qocalar demiş
“muzdu”nu alır.
Yəqin ki, Baş İdarənin təzə rəisi olacaq şəxs mütləq bunu nəzərə alacaq.Növbəti yazımızda Rəşad Behbudovun qanunsuz əməlləri barədə geniş araşdırmamız olacaq.скачать dle 12.1