Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

BAKİSESİ.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis kapitanı Zaur Əliəkbərov Şəki Şəhər-Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, indiyədək bu vəzifəni polis mayoru Rasim Namazov yerinə yetirib. O, bir müddət əvvəl Şəki ŞRPŞ-nin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.скачать dle 12.1