Azərbaycan Memarliq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın  bu yaxınlarda Bakı şəhərinin Baş Planının olmamasl barədə dedikləri sözün düzü, mənim səbr kasamı daşırdı. 



Adama deyərlər 50 ilə yaxındır  ölkədə yeganə memarlıq və inşaat universitetində çaılışırsan, kafedra müdiri  olmusan, 22  ildir  rektorsan. Deməli ölkədəki  bütün memarlıq işlərinə, eyni zamanda Baş Plana görə, Siz və sizin illər boyu hazırladığınız  mütəxəssislər cavab verməlidir. Bəs indi siz niyə və nədən narazısınız? 

Bəlkə paytaxtımızın Baş Planını ölkə rəhbərliyi, bəlkə Baş Prokuror hazırlamalıdır ? 

Zəhmət çəkin üzərinizə  düşən işlə məşğul olun. 

Siz rektor olmaqla bərabər 2000-2005-ci illərdə ölkə parlamentinin üzvü olmusunuz. Dövlətdə bu ən yüksək kürsülərdən biridir. Siz nə vaxt bircə dəfə də olsa paytaxtımızın Baş Planı məsələsini Milli Məclisin tribunasında səsləndirmisiniz ? Əlbəttə heç vaxt. 

Bəlkə sizin əvəzinizdən hansısa kəndin mollası, yaxud axundu Baş Plan məsələsini gündəmə gətirməli idi ? 

Cənab rektor ! Sizin, ümumiyyətlə, hansısa baş yaxud nəsə plandan danışmağa mənəvi haqqınız yoxdur. Siz bircə dəfə universitetin müəllimləri üçün tikilən  binanın planınını cızdınız və acınacaqlı durumu özünüz gözəl bilirsiniz.  

Sizin MİU-də çalışan bacınızın və onun ərinin əməlləri barədə  mediada kifayət qədər yazılıb. 

Xanım Rektor ! 

Sizin gənclik illərində komsomolda yoldaş Zabelinlə, sonradan isə Fərhad müəllimlə, indi isə keçmiş Metrobaşı, şair-maşinist  Tağı Sadiq Əhmədovla işbirliyiniz  barədə  dastan yazmaq olar. Tağı müəllim yəqin bu barədə poema yazacaq. 

Cənab rektor sizin başınız nəyə qarışıb bilmirəm. Ancaq heç olmasa Vikipediyadakı rəsmi tərcümeyi-halınıza  nəzər salın. Və KONSTİTUSİYA sözü ilə KONSTRUKSİYA  sözünün  fərqini öyrənin. 

Axı, əməkdaşlıq etdiyiniz  xeyli tanınmışlar var. Düzü, adam istəyir ki, sizinlə əməli əməkdaşlıq edib bəzi məsələlərə aydınlıq gətirə. 

Xalqın şair oğlu Tağıdan muğayat olun. Çox kaloritli adamdır. Tağı amanatı, Gülçöhrə xanım!
скачать dle 12.1