Qeyri-Hökumət Təşkilatlarının yaranmasında bir məqam diqqəti cəlb edir. Deməli, dövlət qurumlarında çalışan vəzifəli şəxslər öz səlahiyyətlərindən istifadə edərək, özləri üçün Qeyri-Hökumət Təşkilatları yaradır. Yəni dövlət resurslarından yararlanaraq, QHT yaradıb  qrant layihələrində iştirak edir və böyük məbləğdə maliyyə vəsaiti əldə edirlər. 
Əlbəttə, biz kimlərinsə  QHT yaratmasın, qrant müsabiqələrində iştirakının əleyhinə deyilik. Amma dövlət qulluğunda oturub, hökumət nümayəndəsi olub,  Qeyri-Hökumət  işləri ilə məşğul olmaq “dövlət içində dövlət” kimi bir məsələdir. 
Bu bilirsiniz nəyə oxşayır ? 
Nazirlər, komitə sədrləri, hətta icra başçıları fərqli siyasət yürüdür. Axı, ölkə siyasətini 1-ci şəxs müəyyən edir. Qalan vəzifə sahibləri, məmurlar  həmin siyasətin icraçılarıdır. 
Amma icraçı  QHT yaradıb alternativ siyasət yürüdəndə necə deyərlər “xiyar əyri bitir“
Bir vaxtlar Kənd Təsərrüfatı Nazirliyində çalışan  və nazirliyin imkanları hesabına özünə  “Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları “  İctimai Birliyini  yaradan Emin Əliyev də belə QHT rəhbərlərindən biridir. 
Nədənsə  son vaxtlar hamı “ 5-ci kolondan “ danışır. Amma heç kim  Sorosun uşaqları olan belə QHT sədrlərindən danışmır. Əlbəttə, Rusiyanın əlaltıları olan 5-ci kolon kimi Qərbin qrantyeyənləri də dövlətimizin maraqlarını deyil, ağalarının maraqlarını güdürlər. 
Emin Əliyevdən soruşan lazımdır ki, QHT rəhbəri olaraq neçə ildə cəmiyyət üçün hansı maraqlı  layihə həyata keçirmisən ? 
Aldığın qrantların  hesabatını vermisənmi ? 
Hansısa qaçqın ailəsinə 1 kq  vermeşil, 1 kq düyü, 2 ədəd koka kola vermək, nə  vaxtdan qeyri-hökumət işi olub ? 
Bütün bunlar azmış kimi keçən il 125 saylı Zəngilan-Qubadlı  seçki dairəsindən deputatlığa  namizəd olanda sakinlərə hansı vədləri vermişdin ? 
Sənin yaşın imkan verdiyi halda işğalda olan Zəngilan, Qubadlı üçün erməniyə bircə güllə atmısanmı ?   
Ümumiyyətlə, orduda qulluq etmisənmi ? 
Son vaxtlar erməni işğalından azad edilmiş Zəngilan, Qubadlı torpaqlarında hansı layihəni işə salmısan ? 
Suallar  çoxdur, cənab QHT sədri. Hesabatlarını hazırla...скачать dle 12.1