Bakıda  “Yaşıllaşdırma Təsərrüfatı Birliyi”  deyilən bir qurum var. Bəlkə də çoxlarına sıradan bir müəssisə kimi görünə bilər. Amma bu qurumun imkanları və əhatə dairəsi, inanın, heç bir nazirlikdən, yaxud komitədən az deyil. 
Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17 oktyabr 2005-ci il tarixli 272 saylı Sərəncamı ilə yaradılıb. 
Və 15 ildən çox Birliyin baş direktoru  Vaqif  Novruzov olub. Keçən il rəhmətə gedib, bir-iki ay onu Elşən müəllim ( soyadını dəqiqləşdirə bilmədik ) əvəz edib. Hazırda Birliyin baş direktoru  Həsrət Əmrahovdur. 
Yuxarıda əbəs yerə qeyd etmədik ki, Birliyin əhatə dairəsi hədsiz genişdir. Birlik istər keçmiş xarici ölkələrdən müxtəlif əkin materialları (tinglər, ot toxumları, gül toxumları, gül ştilləri), müxtəlif avadanlıqlar və texnikalar almaq səlahiyyətinə malikdir.
Birlik Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi və nəzarəti altında Bakı şəhərində və Abşeron yarımadasında yaşıllaşdırma və mövcud yaşıllıqlara qulluq işlərini mərkəzləşdirilmiş qaydada həyata keçirir. 
Birlik öhdəsinə düşən vəzifələri yerinə yetirmək üçün aşağıdakı müəssisə və təşkilatları öz tərkibində birləşdirir: "Yaşıllıqtikinti" Podrat İxtisaslaşdırılmış Təmir Tikinti Müəssisəsi, Ağac Bəzək Bitkiləri Sovxozu, Avtonəqliyyat idarəsi, Bitkilərin Mühafizəsi Stansiyası, Su quyularının İstismarı və Təmiri xidməti idarəsi və s. 
Birliyin böyük Avtonəqliyyat idarəsi, yüzlərlə maşınları, parkları sulayan ayrıca maşınları var.
Təsəvvür edin ki, bu qurumda rüşvət və korrupsiya dəhşətli səviyyədədir. Vətəndaşlar quruma müraciət edib ki, həyətimizdə hündürlüyü 12-13 metr olan  qoca ağac var, çürüyüb, hər dəqiqə  aşa bilər, insanlar ölərevlərin damına düşər və s. 
Bu birlik sakinləri  başından eləmək üçün vətəndaşlara deyib ki, Ekologiya nazirliyinə yazın icazə versin. Nəhayət Ekologiya nazirliyinin ekspertləri baxıb və rəy  verib ki, həqiqətən də ağac təhlükə mənbəyidir, kəsilməlidir. Ancaq Yaşıllaşdırma Təssərrüfat Birliyi gəlib ağacı kəsmir. Deyir ki, texnikamız yoxdur. Sakinlər müxtəlif yerlərə müraciət edəndən sonra Birliyin əməkdaşları sakinlərə deyib ki, ağır texnikanı bura gətirmək üçün 500 manat toplayın verin, gəlib ağacı kəsək.
İndi bildinizmi, bu Birliyin rəhbərliyi üçün insan ölümü, qəza, avariya əsas deyil, pul lazımdır.   
Digər məsələ odur ki, yuxarıda qeyd etdik ki, Birliyin yüzlərlə maşını, texnikası var ki, benzinlə, yanacaqla işləyirlər. Və maraqlısı odur ki, Birlik yanacağı ancaq İST Petrol-dan alır. Niyə ? Hansı maxinasiyalar baş verir ? 
Və digər problemlərlə bağlı növbəti yazıda. 
Bizi izləyin.скачать dle 12.1