Milli Məclisin daha bir komitəsinin üzvləri öz əməkhaqqısını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Bu barədə "Bakisesi.Com"-a komitənin üzvü Naqif Həmzəyev məlumat verib. O bildirib ki, Təbii Ehtiyatlar,Energetika və Ekologiya komitəsi, sosial məsuliyyət strategiyasına uyğun olaraq, bu gün bütün heyətlə online toplantı keçirib:

"Ölkəmizdə və bütün dünyada tüğyan edən bəlaya qarşı mübarizə çərçivəsində Cənab Prezidentimiz İlham Əliyev tərəfindən 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış "Koronavirusla Mübarizəyə Dəstək Fondu"na əməkhaqqı vəsaitimizlə qoşulmağı qərara aldıq.

Bu günlərdə bu xəstəlikdən əziyyət çəkən bütün insanlara yardımçı olmaq bizim vətəndaşlıq və vicdan borcumuzdur".скачать dle 12.1