BakiSesi.com

Vilayət Eyvazov polkovniki işdən çıxardı - Yeni təyinat

Tarix:23-03-2020, 12:46 | Oxunub: 24
Vilayət Eyvazov polkovniki işdən çıxardı - Yeni təyinat
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

BAKİSESİ.COM Oxu.az-a istinadən məlumat verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin Qərb Regional şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Vahid Cəfərov sərəncama götürülüb.

Nazirin digər əmri ilə Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin rəisi, polis mayoru Anar Hüseynov vəzifəsindən azad edilib.

O, DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin Qərb Regional şöbəsinə rəis müavini təyin olunub.скачать dle 12.1