Atalar deyib ki, kiminin əvvəli, kiminin axırı. 
Atalar bir də  deyib ki, köç geri qayıdanda axsaq-uxsaq qabağa düşər. Lap Şahin Sirac oğlu İbadov kimi. 
Söhbət asfaltdan-qara qırdan  milyonlar qazanan Şahin İbadovdan gedir. 
Şahin cavanlıqda  səhər  dan yeri ağaran kimi köhnə 408 Moskviçi ilə  düşürmüş küçələrə  qışqırırmış ki, “Dəmir alıram, dəmir alıram...” yəni metallom yığmaqla məşğul imiş. 
Qardaşı  Elşad İbadov isə Şəkidə  maşınlar üçün ucuz  çexol tikərmiş. Böyük qardaşları  Ziyanur isə Kamaz sürücüsü olub, beton daşımaqla məşğul olub. Sonralar Ziyanur avtoqəzaya düşərək həlak olub. 
Deməli, metallom yığan Şahin və çexol tikən qardaşı Elşad möcüzə nəticəsində bir gün 40  yaşlarında  Rusiyanın hansısa ali məktəbindən  Bakı Dövlət Universitetinə “perevod” alıblar. 
Bir adam soruşmayıb ki, ay qardaşlar, axı siz  urusca  bir cümlə qura bilmirsiniz, necə oldu ki, Rusiyadan BDU-ya “perevod” aldınız. Beləliklə  Şahin və Elşad qardaşları saxta diplomla karyera qurmağa başlayıblar. 
Beləcə, saxta diplomunu işə salan KAMAZ  şoferi Elşad dönüb olub Şəki bələdiyyəsinin sədri
Şahin isə hansısa sehrli yolla  ozamankı, hazırda məhbus həyatı yaşayan  Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevə yol tapıb. Və onun köməyi ilə Şəkidə “Azəravtoyol”  ASC-nin nəzdində  fəaliyyət göstərən 15 saylı Yol İstismar İdarəsinin ( el arasında Asfalt zavodu  deyirlər ) rəisi olub. 
Şahin və Elşad qardaşlarının xoşbəxt günləri bundan sonra başlayıb. 
Şəkinin Bələdiyyə sədri olan Elşad şəhərdəki yaxşı torpaqları ya baha qiymətə satıb, ya da özününküləşdirib. 
“Asfalt zavodun”  direktoru olan Şahin İbadov isə  az vaxtda ozmankı nəqliyyat naziri Ziya Məmmədovla əlaqə quraraq bütün asfalt işlərini ələ keçirə bilib. Elə ki Ziya Məmmədovun nazir gəmisi  batmağa başlayanda Şahin İbadov  Ziya Məmmədovu əvəz edən  Cavid Qurbanovla, sonra isə  indiki “yollar naziri “  Saleh Məmmədovla  “işgüzar”  münasibət qura bilib. Ona sonuncu məsələdə nüfuzlu bir adam kömək edir. 
Şahin İbadov az vaxtda milyonçuya çevrilib. Şəkidə Şəki şeben zavodunu, Şəki sünbül çörəyin zavodunu, Şəki diş poliklinikasını özəlləşdirib. Onun Lukoil-in üstündə 5 hektarlıq tikinti materialları  bazarı, “Alsu” su istehsal zavodu, 20 ədəd xüsusi ev,milyonluq maşınlar və daha nələri yoxdur. 
Bəs, bütün bunlara sahib olan Şahin İbadov Şəkidən niyə qaçdı, daha doğrusu, onu  camaat Şəkidən niyə qovdu ? 
Şahinin böyük qardaşı niyə həbs olundu, o kimi bıçaqlamışdı ? 
Şahin İbadova kimlər 800 min atıb qaçdı ? 
Şahinin oğlu Namiq İbadov cangüdənlə hansı dövlət qurumuna gedib-gəlir ? 
Və digər maraqlı məqamlarla növbəti yazıda tanış ola bilərsiniz. 
Bizi izləyin.скачать dle 12.1