Ağstafanın 35 yaşlı icra başçısı Seymur Orucovun həyat tərzi barədə son günlər gundelik-baku.com-da xeyli bəhs etmişik.
Bu cavan oğlan görəsən hansı pulla dəyəri 350 min manat olan 10 NK 200 dövlət nömrə nişanlı “GMC Yukon Denali” markalı avtomobili qardaşı Vasif Orucovun adına alaraq, həyat yoldaşı Çeşmi xanımın ad günündə ona hədiyyə edir.
Və Çeşmi xanım bağça müdirəsi olduğu Maştağa qəsəbəsinə 350 minlik avtomobildə gedib-gəlir.
Məlumat üçün bildirək ki, Çeşmi Hacıyeva keçmiş millət vəkili, İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyevin qızıdır. Və atasının zamanında universitetdə dekan vəzifəsində çalışıb. Sonradan universitetin yeni rektoru Ədalət Muradov Çeşmi xanımı vəzifədən çıxarıb.
Təsəvvür edirsiniz, dekan, sonra isə bağça müdirəsi olan Çeşmi xanım istixana- “parnik” sahibidir. Və Azəriqaza 115 min manat borcu var.
Birincisi, dekan, sonra bağça müdirəsi olan, yəni təhsil sahəsində vəzifə tutan bu gənc xanım necə istixana sahibi, yəni sahibkar-biznesmen ola bilər ?
İkincisi, 350 minlik avtomobildə gəzən xanımın Azəriqaza nə üçün 115 min manat borcu olmalıdır ?
Azəriqaz rəhbərliyinin , dövlətin istehsal etdiyi qazı Çeşmi xanımlara hədiyyə edir?
Bəs adi vətəndaşın 5 manat borcu olan kimi necə onun qazını kəsir ?
Görəsən icra başçısı həyat yoldaşının borcunu ödəmək əvəzinə niyə ona 350 minlik avtomobil hədiyyə edir ?
Bir filmdə deyilən kimi, “Ara, çaxırı içmisən, pulunu ver də..”.
İndi, cənab Seymur Orucov, qazın pulunu ver də.
Yaxşı, Novxanı ərazisində dəyəri yarım milyon olan iki bağ evini hansı pulla almısan, cənab başçı ?
Hazır ol, bir gün bu suallara cavab verməli olacaqsan.
İcra başçısı Seymur Orucovun biznesmen xanımının 115 min manatlıq qaz borcu - Bağça müdirəsi necə biznesmen olur ?
07
aprel
13:20

Qarabağ
KOMMENTLƏR
Siz cavanlarla həbsxanada olan qoca icra başçılarının nə fərqi var, Seymur Orucov ? - Dəyəri 350 min olan avtomobili hansı pulla almısan?
İcra başçısı Seymur Orucov 350 min manatlıq avtomobillə “yaylağa” çıxır- Başçının həyat yoldaşı Çeşmə xanım üst-başını silkələsə 100 min manatlıq qızıl-briliyant tökülər....
Ağstafanın 35 yaşlı başçısının MİLYON-larla dəyəri olan sərvətləri-350 minlik maşın, bağ evləri, obyektlər hansı pulla alınıb?
Ölkənin ən gənc icra başçısı hakimiyyəti necə məyus etdi? - Seymur Orucovdan sensasion faktlar...
Ağstafanın 35 yaşlı başçısının etimad limiti tükənir-Bahalı mənzillər, bağ evləri kimindir ?
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat