BakiSesi.com

Koroğlunun 7777 dəlisi və Azercell-in 70 min manatlıq 777-77-77 nömrəsi...

Tarix:7-04-2021, 14:02 | Oxunub: 11
Koroğlunun 7777 dəlisi və Azercell-in 70 min manatlıq 777-77-77 nömrəsi...
Xalqımızın məşhur “Koroğlu”  dastanında xalq qəhrəmanı Koroğlunun 7777 ( yeddi min yeddi yüz yetmiş yeddi ), Girizoğlu Mustafa bəyi 777 ( yeddi yüz yetmiş yeddi ) dəlisi, yəni igidi olması haqda eşitmişdik. Yəni 77...77  rəqəmini görən kimi, ağlımıza Koroğlu gəlirdi. 
 Azercell  mobil operatorunun  satış reklamında 777-77-77  rəqəmini görən kimi, ağlıma epos qəhrəmanı Koroğlu gəldi. Düşündüm ki, Azercell şirkəti  xalq qəhrəmanımızı  təbliğ etmək, gənclərdə qəhrəmanlıq ruhu aşılamaq üçün bu reklamı yayıb. Amma sən demə, bunların dərdi vətən deyil, PUL-PARA qazanmaqdır. 
Bəli, reklama diqqət yetirəndə bəlli oldu ki, Azercell  şirkəti 051-777-77-77  nömrəsini satışa çıxarıb. Neçəyə olsa yaxşıdır ? 
700 manata ?  Ehh, 700 manat bunlar üçün tum puludur. 
Bəlkə, 7000 manata ? Yox. 
Nə az, nə çox düz 70000 ( yetmiş min manata ). 
Əlbəttə, yaxın günlərdə bu nömrəni alan tapılacaq. 
Bu yaxınlarda deputat  211-lə başlayan nömrəsini 10 minə satışa çıxarmışdı. 777-nin yanında  211 nədir ki ? 
Bəli, cəmiyyətin 70 faizi güclə dolanır, çörəyi, siqareti nisyə alır. Azercell  isə 70 min manata nömrə satır. 
Bunu alan hansı pulla ala bilər ?
Bəlkə 300 manat müəllim maaşı ilə, bəlkə 1300 manat icra başçısı maaşı ilə, bəlkə ...
Bu nömrəni almaq üçün gərək icra başçısı yeməsin-içməsin-geyməsin və 10 il işləsin ki, bu nömrəni ala bilsin. Bəs onda hansı pulla..? 
Adamın ağlına çox şeylər gəlir. Amma ....


скачать dle 12.1