BakiSesi.com

Azərbaycanda və dünyada yoluxma niyə artır? - SƏBƏB TAPILDI

Tarix:15-06-2020, 13:03 | Oxunub: 458
Azərbaycanda və dünyada yoluxma niyə artır? - SƏBƏB TAPILDI
Son günlər bəzi ölkələrdə, o cümlədən Azərbaycanda, Türkiyədə koronavirusa yoluxma sayı artır.

Bunu karantin tədbirlərinin yumşaldılması, insanların sosial məsafə, tibbi qoruyuculardan istifadəyə maraq göstərməməsi ilə əlaqələndirənlər var.

Ancaq ABŞ-da aparılan bir araşdırma olduqca maraqlı nəticə ortaya qoyub.

Bildirilib ki, virus mutasiyaya uğrayaraq yoluxma qabiliyyətini artırmış ola bilər. Xüsusilə də ABŞ və Latın Amerikasında yoluxma sayının sürətlə artmasında bu amilin rol oynadığı qeyd olunur.

Amerikalı mütəxəssislərin araşdırmasına görə, koronavirus insan hüceyrələrinə daha rahat yoluxacaq şəkildə mutasiyaya uğrayıb. Onların fikrincə, mutasiya yoluxuculuğu daha da artıra bilər. Floridadakı "Scripps" Araşdırma İnstiturunun araşdırmaçılarının gəldiyi ümumi nəticə belədir. Onların fikrincə, virus mutasiyaya uğrasa da, hələlik bunun pandemiyanın gedişatını dəyişdirmək qabiliyyətinə malik olduğunu söyləmək çətindir. Buna görə də ekspertlər son artımları məhz bu amillə bağlayırlar.ÜST mütəxəssisləri isə koronavirusun mutasiyasının normal olduğunu, yoluxmanı artırdığı və ya ölümcüllüyü artırdığına dair əllərində dəlil olmadığını bildiriblər.скачать dle 12.1