Sözün düzü, paytaxtımızda, eləcə də rayonlarda günbəgün sayı artan şadlıq sarayları ciddi problemə çevrilib. 
Söhbət  təkcə son 1-2 ildə baş verən pandemiyadan, karonavirusla bağlı sərt karantin qaydalarından getmir.
Hətta karonavirusa qədər şadlıq saraylarında ciddi problemlər var idi. 
Belə ki, qiymətlərin günbəgün artması, keyfiyyətsiz qidaların verilməsi bəzi şadlıq saraylarında adi hal alıb. 
Düzdür, Azərbaycan Qida Təhlükəsizlik Agentliyi yaranandan sonra formal da olsa  qurum bəzi şadlıq saraylarında monitorinqlər keçirir. Amma ortada real nəticə yoxdur. 
Digər vacib məsələ şadlıq saraylarında  külli miqdarda vergidən yayınma hallarıdır. 
Təsəvvür edirsiniz  toy sahibi toyun  sonunda şadlıq evinin sahibinə ən azı  15 min, bəzən 30-40 min manat pulu nağd ödəyir, 5-10 min manat da müğənnilərə “qonorar”  verilir. Və bütün bunlar  nağd şəkildə olur. Bəs görəsən, bu məbləğdə  vəsaitdən büdcəyə neçə manat çatır ? Bəli, neçə manat...
Necə olur ki, xırda bir dükanda, yaxud aptekdə  hər xırda alış-veriş üçün çek verilir, amma  söhbət on minlərdən gedəndə ortada heç bir sənəd olmur. 
Bütün bunlar azmış kimi şadlıq evlərində çalışan müdir və müavinlərin, xidmətçilərin, aşbazların  və digər işçilərin çoxu əmək müqaviləsi ilə deyil, günəmuzd formada işləyirlər. Hansı ki, həmən şəxslərin əmək haqqları, maaşları heç də az məbləğ deyil. 
Heç kimə sirr deyil ki,  bu şadlıq evlərinin  əsl sahibləri yüksəkçinli məmurlar, dövlət  qulluqçularıdır. Və onlar vəzifə səlahiyyətlərindən istifadə edərək külli miqdarda vergidən yayınmaya və digər neqativ hallara şərait yaradırlar. 
Belə şadlıq evlərindən biri də Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Əfsun”  şadlıq sarayıdır. 
Yuxarıda qeyd etdiyimiz  neqativ halların hamısı, vergidən yayınma, işçilərin müqaviləsiz işlədilməsi, qidaların keyfiyyətinə nəzarətin olmaması eynilə “Əfsun” şadlıq sarayında da baş verir. 
Hələ üstəlik, “Əfsun”  şadlıq  sarayında karantin dövrünün qaydaları da ciddi şəkildə pozulur. 
Şadlıq sarayında  qonaqların sıxlıq məsələsi karantin ölçülərini bir neçə dəfə keçir, epidemiya əleyhinə qaydalara əməl olunmur. 
Axı, karntin qaydalarına görə, şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməli, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normalarına uyğun olmalıdır.  
“Əfsun”un  sahibinin görəsən bu qaydalardan xəbəri varmı ? 
Ümumiyyətlə, “Əfsun” şadlıq sarayında sanitariya-gigiyena tələbləri ciddi şəkildə pozulur. 
Görəsən, AQTA və qurumun rəhbəri cənab Qoşqar Təhməzli bunları görmür ? 
Bütün bu neqativ hallar azmış kimi, “Əfsun” şadlıq sarayında daha ciddi problem var. 
Redaksiyamıza daxil olan məlumata görə, “Əfsun” şadlıq sarayının, ümumiyyətlə, fəaliyyət üçün lisenziyası yoxdur. Yəni şadlıq evinin fəaliyyəti  qanunsuzdur. 
Görəsən, İqtisadiyyat Nazirliyinin, Vergilər Dövlət Xidmətinin bundanm xəbəri yoxdur ? 
Axı, lisenziya olmadan necə fəaliyyət göstərmək olar ?
Əgər  sadlıq evinin əvvəl lisenziyası olubsa, sonradan hansı səbəbdən ləğv olunub ? 
Araşdırmamız davam edir. 
Bəlkə,  “Əfsun”  şadlıq sarayının sahibi  dövlət qurumlarını ovsunlayıb, gözlərini bağlayıb..? /Gundelik-baku.com/скачать dle 12.1