Tanınmış bloqqer Bəxtiyar Hacıyev Bakı Nəqliyyat Agentliyinin keçirdiyi tenderləri sərt tənqidə məruz qoyub...
Bəxtiyar Hacıyev: “Mais Ağayev müəllim, düşmən deyilik ki, bir şirkət də biz açaq, işləməyən parkinq aparatlarının monitorinqini aparaq, parkinq aparatları yerinə dayanıb, əlində dəyənəklə qəpik toplayan dayılara təlimlər keçək...”.
Baki Səsi xəbər verir ki, tanınmış bloqqer Bəxtiyar Hacıyev sosial şəbəkədə Bakı Nəqliyyat Agentliyinin (BNA) tender vasitəsi ilə satın alığı xidmətləri qara yumorla sərt şəkildə tənqid edib. PİA.az tanınmış bloqqerin statusunu təqdim edir:
“Kim deyirsə ki, Azərbaycanda böhrandır, iş görmək, iş qurmaq olmur, yalandır. İş görə bilmirsinizsə, deməli Bakı Nəqliyyat Agentliyində tanışınız yoxdur. Yoxsa, sizə qısa müddətdə möhtəşəm iş qurmaqda kömək edərlər.

Məsələn, elektron tender bazasında görünür ki, BNA “İnpress PR Solutions” şirkətinə sosial media analizi, kommunikasiya məsləhətləri və rəqəmsal marketinq sahəsində məsləhətlər üçün 9 aya 194 707 manat verir. Yəni, aya 21600 manat. 1000 manata ofis tutursan, hərəsinə 1000 manat maaş verməklə 5 işçi götürürsən, ayda 15000+ AZN gəlir. Nəyi pisdir? Harası böhrandır?
Yaxud BNA 2 ay yaşı olan “Alpina Parking Consulting” şirkətinə 2.1 milyon manatlıq tender verir ki, parkinq qiymətlərinin analizini edib, parkinq yerləri ilə bağlı məsləhət xidmətləri versin. Böhrandır? Pul qazanmaq olmur? Qazananlar var, sadəcə düz yeri tapmaq lazımdır.
P.S: Mais Ağayev müəllim, düşmən deyilik ki, bir şirkət də biz açaq, işləməyən parkinq aparatlarının monitorinqini aparaq, parkinq aparatları yerinə dayanıb, əlində dəyənəklə qəpik toplayan dayılara təlimlər keçək, 1-2 milyon da bizə ayırın. Fifty-fifty də bölək, pandemiya vaxtı iş dayanıb onsuz da. Olar?”
скачать dle 12.1