İmişlidə  narkotiklə mübarizədə polis rəisi Fizuli Şıxəliyev niyə ləng hərəkət edir ? 

Səbəb qocalıq, fiziki yorğunluqdur, yoxsa ..? 

Yaxşı olar ki, təqaüdçü rəis  vaxtını fermasında keçirsin



Narkotiklərdən istifadənin bir qlobal bəla olduğu heç kimə sirr deyil. 
Bunun mənəvi dəyərləri sıradan çıxardığı, millətin genefondunu məhv etdiyi, milli bəlaya çevrildiyi bəllidir. 
Bütün bunları nəzərə alan Azərbaycan höküməti sözün tam mənasında  bu fəlakətə qarşı bütün gücü ilə mübarizəyə başlayıb. 
Bu məsələdə başda cənab nazir, general-polkovnik Vilayət Eyvazov olmaqla, Daxili İşlər Nazirlıyinin əməkdaşları son bir neçə ayda bütün güclərini ortaya qoyublar. 
Bir məsələni açıq demək lazımdır ki, ölkəmizdə hər şeyi qara görən, görmək istəyənlər də var. Hətta bu tip şəxslər də  sosial şəbəkələrdə  cənab nazirin  bu fədakar mübarizəsini ikiəlli  dəstəkləyirlər. Bütün bunlar sevindiricidir. 
Amma bir məsələni nəzərə almaq lazımdır ki, narkotiklə mübarizə 3 günün, 5 günün, yaxud  5 ayın işi deyil, yəni uzun müddətli məsələdir. Ona görə də cənab nazirlə bərabər  Daxili İşlər orqanlarında çalışan sıravi və zabit heyəti də bu mübarizəyə hər mənada hazır olmalıdır. 
Biz kiminsə  fəaliyyətini qaralamaq fikrindən uzağıq. 
Sadəcə, istəyimiz odur ki, cənab nazir necə formada və gücdədirsə, necə qətiyyətlidirsə, onun komandası da elə olmalıdır. 
Məsələn, yaş müddəti keçmiş, artıq formada olmayan, fiziki imkanları tükənmiş şəxslər yaxşı olar ki, zamanında kənara çəkilsinlər. Ki, yuxarıda qeyd etdiyimiz problemlər tam həll olunsun. 
Axı, polis sistemi deyəndə daha çox fiziki hazırlıq, formada olmaq göz önünə gəlir. 
Bizdə olan məlumata görə, İmişli rayonunda narkotiklərə qarşı mübarizə lazım olan səviyyədə deyil. Bunun səbələrindən biri də İmişli Rayon Polis Şöbəsinin rəisi Fizuli Şıxəliyevin təqaüd yaşını çoxdan keçməsidir. 
Əlbəttə, zamanında Fizuli Şıxəliyevin də xidmətləri olub və danılmazdır. Amma  bu günkü çətin və mürəkkəb işlərdə fiziki imkanlar da çox vacibdir. Yəni yorğun qocaların öz vəzifəsini enerjili gənclərə verməsinin zamanı çoxdan çatıb. Axı, bu yaşdan sonra cənab rəisin “turnikdə dartınan”  vaxtı deyil. 
Bəli, dövlətimiz  Fizuli Şıxəliyev  kimi polis zabitlərinə yüksək təqaüd verir, hər cürə təmin olunurlar. 
Həm də hər bir vətəndaşın istirahət hüququ olduğu kimi cənab rəis də bu hüququndan istifadə etməlidir. 
O da məlumdur ki, Fizuli Şıxəliyevin İmişli-Kürdəmir yolunun kənarında  yaxşı özəl təsərrüfatı var. Yaxşı olar ki, cənab rəis  vaxtını  çayxanalarda kənar şəxslərlə deyil, öz fermasında keçirsin. 
Cənab Şıxəliyev  onu da nəzərə alamalıdır ki, rayonun sabiq icra başçısı, hazırda  həbsxana həyatı yaşayan  Vilyam Hacıyevin məhkəməsi yaxınlaşır. 
Məhkəmədə  ortaya müxtəlif  suallar çıxacaq. Məsələn, cənab rəis keçmiş icra başçısı ilə işbirliyində olubmu ?
Olubsa, suallara cavab verməlidir. 
Məsələn, müstəntiqlər  rəisə sual  verə bilər ki,  rayonda əlil və şəhid ailələri üçün inşa edilmiş sosial evlərdən neçəsini və neçəyə icra başçısı kimlərə satıb ?  
Cənab Şıxəliyev özü  şəhid ailələri siyahısında varmı ? 
Sonra bu gün yuxarıda qeyd etdiyimiz kimi  narkotiklərə qarşı ciddi mübarizə gedir. 
Görəsən, cənab rəis bu məsələdə niyə ləng hərəkət edir ?
Səbəbi fiziki qocalıq, yorğunluqdur, yoxsa başqa səbəblər var ?
Cənab Şıxəliyev,  özünüz də görürsünüz ki, qurdaladıqca, ortaya  bir düyün suallar çıxıacaq. Bunlar sizə lazımdır ? 
Ona görə də  zamanında və sakitcə getməyi bacarın. 
Sizə xoş istirahətlər arzulayırıq. /Gundelik-baku.com/


скачать dle 12.1