Yəqin ki, yazının başlığına  baxanda təəccüblənəcəksiniz. 
Ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev hara, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin ( AQTA ) sədri Qoşqar Təhməzli hara ?
Təəccüblənməyin, diqqətlə oxuyun. 
Bəli, hər iki vəzifəli şəxs cənab Prezidentin Qarabağ müharibəsi veteranları və şəhid ailələri ilə bağlı tapşırıqlarına barmaqarası baxırlar. 
Heç kimə sirr deyil ki, Sahil Babayevin və Qoşqar Təhməzlinin neqativ əməlləri barədə ölkə mətbuatında kifayət qədər yazılıb. 
Ancaq  inək məsələsi lap rüsvayçılıqdır. 
Belə ki, Qarabağ müharibəsinin iştirakçısı olmuş Məmmədli Etibar Ədalət oğlu döyüşlərdə ciddi xəsarət alıb. Və müharibədən sonra məşğulluq üçün dövlət qurumlarına müraciət edib, hətta Dövlət Sosial Müdafiə Fonduna da müraciət edərək  sosial yardım istəyib, amma yardım edən olmayıb. Qarabağ qazisi sonda Sahil Babayevin  tabeçiliyində olan Məşğulluq Mərkəzinə üz tutub. Burada isə Etibar Məmmədliyə 3 inək təklif ediblər. 
Bəli, 3 inəyi yoxlamaq üçün  Sahil Babayevin və Qoşqar Təhməzlinin əməkdaşları bir araya gələrək inəkləri müayinə edib və sağlam olduğu barədə  rəy veriblər. 
Və bəh-bəhlə  3 inəyi Qarabağ qazisinə  verərək yola salıblar. Bu da olub Qarabağ veteranlarına qayğı. 
Qarabağ qazisi  inəklərə evdə nə qədər qulluq eləsə də əmələ gəlməyib. Və bəlli olub ki, inəklər xəstə imiş. 
Sahil Babayevlə  Qoşqar Təhməzli dövlətin 4 min manat pulunu  silərək guya qaziyə məşğulluq sahəsi yaradıblar. 
Qazi səhər-axşam inəklərə baxmalı,  özü və ailəsi üçün dolanışıq əldə etməlidir. 
İndi  Qarabağ qazisi Etibar Məmmədli  sosial şəbəkə vasitəsilə  Sahil Babayevə və Qoşqar Təhməzliyə müraciət edir ki, gəlin xəstə inəklərinizi təhvil alın. 
Amma onu eşidən yoxdur.
Qazi deyir ki, inəklərin xəstə olması ilə bağlı həkim rəyi də var, mən xəstə inəklərə baxa bilmirəm. Amma hər iki “nazir”in sanki qulaqları eşitmir.
Hətta yalandan  sənəd də düzəldiblər ki, guya inəklər sağ-salamat olub.  
Burada özünüməşğulluq proqramına əsasən E. Məmmədliyə dəyəri 4 min manat olan üç baş heyvan verilib, akta qol çəkdirilib. Amma hər üç inəyin xəstə olduğu üzə çıxıb. Qazi bildirir ki, bunu təsdiqləyən həkim rəyi var.
İndi  Məşğulluq Mərkəzi xəstə heyvanları geri almaqdan imtina edir. 
Etibar  Məmmədli  deyir ki, 3 xəstə inəyin əvəzinə mənə 1 sağlam inək verərdiniz. 
Qazi  deyir ki, məmurlar belə oyunlarla məşğuldurlar, Prezidenti aldadırlar, mən bu xəstə heyvanları nə etməliyəm? 
P.S. Biz də Sahil Babayevə deyirik ki, xəstə inəkləri tapşır köməkçin Günelə, birdə Nərimanov və Xətaidə TSEK müdiri işləmiş qohumun Mətanətə. Qoy xəstə inəklərə baxmağı öyrənsinlər. Çünki Sahil Babayev  yaxın zamanlarda vəzifədən gedəndən sonra işsiz qalmasınlar. /Gundelik-baku.com/скачать dle 12.1