Barxananı yığışdır, İradə Gülməmmədova, gəlirlər səni aparmağa…


Dünən  26 ildir  Abşeronu sorub-qanını çıxardan İradə Gülməmmədovanın ad günü idi. 
Bəli, İradə Gülməmmədova keçən əsrin 20-ci yüzilliyinin 62-ci ilinin  30 sentyabr günündə dünyaya gəlib. Yəni Xruşovu taxtda görüb Brejnevi qundaxda. Uşaqlığı çox ağır keçib, gəncliyində də xeyli travmalar alıb, Balakəndə çətin günləri olub. Amma yaşı 40-a yaxınlaşanda Abşeronda bəxti açılıb, taleh üzünə gülüb. 
Bizim qədim inanclara görə, adam eşşəyə minəndə bəxti açılır. Amma İradə xanımın nəyə mindiyini deyə bilməsək də, amma tam əminliklə deyə bilərik ki, Abşeronu əməlli-başlı “minib çapır”. 
Bəli, bəxti açılan  İradə Gülməmmədova  1995–2006-cı illərdə Abşeron rayon uşaq poliklinikasının baş həkimi olub, xəstələrin dərdinə əlac edə bilməsə də, ciblərinə qənim kəsilib. İradə Gülməmmədova sonradan 2006–2014-cü illərdə Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini, 2014–2015-ci illərdə isə birinci müavini vəzifələrində çalışıb. 2015-ci ildən isə Abşeron rayonunun icra başçısıdır. 
Yazının girişində əbəs yerə yazmadıq ki, bu qadın Abşeronu əməlli-başlı sorub qanını çıxardır. Əlində olan bütün səlahiyyətlərdən istifadə edərək uşaq bağçalarından tutmuş məktəblərə qədər hamısını “aylığa” otuzdurub. Bu hələ harasıdır ? 
Rayondakı bütün idarə və müəssisə  rəhbərləri hər ay  xanım icra başçısının pişvazına gəlməlidir. Özü də elə-belə yox e, əli və cibi dolu. 
Hələ bu da  sonu deyil. İradə Gülməmmədova rayon ərazisindəki torpaqları  dədəsinin torpağı kimi qarış-qarış satır. Onun icazəsi olmadan rayonda daşı daş üstə qoymaq mümkün deyil. İradə Gülmməmədovanın qohumları, ərinin qohum-əqrəbası, qardaşları, bacısı uşaqları rayonda sanki “qaçaq-quldur”  kimi şəbəkə yaradıblar.  
Amma  bu günədək bu “bandaya”  gözün üstə qaşın var deyən olmayıb. 
Ötən yazılarımızın birində  yazmışqdıq ki, Qarabağda qanlı müharibənin getdiyi bir zamanda  bu qadın utanıb-qızarmadan özünə təmtəraqlı ad günü keçirib. Şəhid analarının göz yaşı axanda icra başçısı  kabinetinin ağzında “konsert” verirmiş. 
Yəni  rüşvətin, korrupsiyanın, hərisliyini bir kənara qoysaq belə, bu qadının ən azı şəhid analarını başa düşməməsi insanlığa ləkədir. 
Qarabağ müharibəsi qələbə ilə bitəndən sonra da İradə Gülməmmədova  öz xoşagəlməz əməllərini davam etdirib. Bəli, Qarabağ qazisinin  adi iş istəməsinə cavab olaraq, “Sən mənim üçün vuruşmusan?”  deyərək onu qapıdan qovan Gülməmmədova barədə  videolar  kanallarda yayılıb və izləyicilər tərəfindən nifrətlə qarşılanıb. 
Bütün bunlar  uzaq və yaxın keçmişin  izləridir. 
İndi isə, İradə Gülməmmədovanın  lap sonuncu rüsvayçılığına baxaq. 
Bəli, yuxarıda qeyd etdiyimiz kimi  dünən İradə Gülməmmədovanın ad günü idi. Xanım icra başçısı ömrünün 70-ci ilinə qədəm qoyur. 
Bu dəfə  İradə Gülməmmədova  özünü lap  orta əsrlərdəki “Xatunça”  kimi aparır. 
Elə bil ki, Qarabağda bunun əri Yolçu, oğlu Məhəmməd, bacısı oğlu Babək vuruşub torpaqları azad ediblər və İradə də qəhrəman anası, qəhrəman arvadı, əsgər xalasıdır. 
Axı, qohum-əqrəbandan biri də bu torpaq uğrunda vuruşmayıb, cənab Gülməmmədova. Sən nə haqla dünən özünə  təmtəraqlı ad günü keçirirdin ?
Deyilənlərə görə, sənin kabinetinin ağzında nazəndələr, sazəndələr, rəqqasələr, saksafon, zurna çalanlar, sənin şəninə şeir deyənlər  var imiş…
Hələ bu harasıdır başına  nəmər səpənlər, “paket”  atanlar və daha nələr. 
Bəli, dəstənin qabağında da İradə Gülməmmədovanın “kassiri” Azər  bəy, rayonun pul yığanı… 
Deyilənlərə görə, İradə Gülməmmədova yaxınlarına deyib ki, şairdən-yazıçıdan tapın mənə bir poemadan-zaddan həsr  eləsin, roman-zad yazsın, adını da qoysunlar, “Abşeronun xatunçası”.  
Həə, deyəsən, İradə Gülməmmədovanın vaxtı çatıb, bu ad günü deyəsən onun bayırdakı sonuncu ad günüdür.
Barxananı yığışdır, İradə Gülməmmədova, gəlirlər səni aparmağa…/Gundelik-baku.com/скачать dle 12.1