Eynur və dəstəsi  Dubaydan Gürcüstan vasitəsilə Azərbaycana  gələn malları oğurlayırlar...

Vaxt  var idi qaçaq-quldur yol kəsər, tacirlərin mallarını qarət edərdilər. 
Bu ənənə  deyəsən başqa formada  bu gün də davam edir. 
Amma təəcüblü odur ki, bu quldur dəstəsinin başında dövlət qulluqçusu, daha dəqiq desək, Qazax rayonu Təhsil şöbəsinin mühasibi Eynur “müəllim”  dayanır. Eynur əvvəllər də dələduzluq əməlləri ilə məşğul olub. Ancaq bu dəfə əməlli-başlı mütəşəkkil cinayətkar dəstə yaradıb.  
Eynurun quldur dəstəsinə  Elvin Əhmədov, Səfər, Nəsrəddin daxildir. 
Deməli bu dəstənin əsas işi  Dubaydan Gürcüstan vasitəsilə Azərbaycana  gətirilən malları oğurlamaqdır. 
Deməli, sonuncu dəfə 2019-cu ilin oktyabr ayında Dubaydan Gürcüstana, oradan isə Azərbaycana gətirilməli olan  böyük məbləğdə  telefonları  Eynurun göstərişi ilə Gürcüstanda  onun yaxın qohumu və dostu  Elvin Niyaz oğlu Əhmədov  oğurlayaraq aparıb.
Nəticədə  Eynurun quldur dəstəsinin üzvləri –Elvin Əhmədov, Səfər, Nəsrəddin  Qazax polis şöbəsində  10 sutka yatıblar.
Bu hadisə baş verən anda  Səfər gəlib deyib ki, mən bütün pulları ödəyirəm heç kimi tutmayın. Sonra dəstə  başçısı  Eynur  Səfərə  söz çatdırıb ki,  biz sənə Xunday alacağıq  heç kimi satma. Həmin vaxtlar Eynur  obyekti keçirib xalasının ərinin adına. Sonra maşını keçirib  başqasının adına.
Dəyən ziyanın ümumi  məbləğ  138500 dollar olub.
Hazırda  iş  Qazax rayon polisinin istintaq şöbəsindədir. Əvvəl işlə Fərid adlı təhqiqatçı məşğul olub. Fərid hazırda baş təhqiqatçıdır. İndi işi təhqiqatçı Kamran aparır. Kamranın rəisi, yəni istintaq şöbəsinin rəisi Kazım müəllimdir. 
Hazırda işi aparan  Kamran RPŞ tərəfindən Bakıya ezam olunub.  
Zərərçəkənlər  cənab nazir  Vilayət Eyvazova müraciət edərək  işin  obyektiv aparılmasını  xahiş edirlər.  
 

Bunlar guya kuryer fəaliyyəti ilə məşğul  olurlar. 

Həsənov  Orxan  Tələt oğlu kimdir ?
Bu barədə növbəti yazıda… /Gundelik-baku.com/

скачать dle 12.1