Görəsən Zakir Quliyevin ailəsi  bu sudan içə bilərmi ? 

Bunun səbəbi ASC-dəki  “korrupsiya şəbəkəsi”nin  başında duran  Zakir Quliyevdir

Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədri Zaur Mikayılov nəyi gözləyir ?




Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini  Zakir Quliyev  və onun  qurumdakı “korrupsioner şəbəkəsi”  barədə dəfələrlə yazmışıq. 
Ancaq bu dəfə səbrimizi daşıran Sabirabad camaatının Sabir içməli su kanalı barədə həyəcanla söylədikləri oldu. 
Sakinlərin söylədiklərinə görə, Sabir su kanalı zibil və çirkab içərisində itib-batır. Hələ bu harasıdır ?
Sakinlərin dediklərinə görə, su kanalı ilə heyvan leşi, it ölüsü, eşşək ölüsü, pampers dolu meşoklar üzüb-axır. 
Görəsən, dünyanı  koronavirus  pandemiyası bürüdüyü bir vaxtda  Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini  Zakir Quliyev  və onun  bu zona üzrə məsul olan qohum-əqrəbası nə düşünür ? 
Axı,  bu vəziyyətdə olan su kanalı xəstəlik mənbəyidir. Həm də  belə vəziyyətdə olan  su kanalı koronavirusdan daha təhlükəlidir. 
Biz nə üçün  Zakir Quliyevin və onun bu sahəyə məsul olan qohumlarının adını xüsusi olaraq qeyd etdik ?
Bu suala  keçməzdən öncə onu qeyd edək ki, Baş Muğan kanalının bir hissəsi Sabir  su kanalıdır. Bu su kanalından 15 kəndin sakinləri istifadə edir. Təsəvvür edirsiniz  15 kəndin sakinləri sabah kütləvi xəstələnsə, görəsən Zakir Quliyev kimi məmurlar qanun qarşısında nə cavab verəcəklər ?
Biz nə üçün bu məsələdə  Zakir Quliyevin və onun ASC-də məsul vəzifə daşıyan qohumlarının adını xüsusi olaraq qeyd edirik ?
Birincisi, kimin nə deməyindən asılı olmayaraq Sabir su kanalında baş verən bu rüsvayçılığın və yaramazlığın bir səbəbi var: ASC-də baş verən korrupsiya əməlləri. 
Bəli, korrupsiya olmasaydı  bu hal da olmazdı. Bu aksiomadır. Kimsə bizə nəsə sübut etməyə çalışmasın. 
İkincisi, ASC-də baş verən korrupsiya əməllərinin  başında neçə illərdir ASC-nin sədr müavini Zakir Quliyev durur. Ümumiyyətlə, bu Zakir Quliyev kimdir ?
Məlumat üçün qeyd edək ki,  1998-ci ildə Sabirabad Suvarma Sistemləri İdarəsinin rəisi təyin olunan Zakir Quliyev bir müddət sonra Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
O, 2006-cı ildə isə  Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini təyin olunanda  yaxın qohumu-xalası oğlu Elman Nuriyevi  öz yerinə, yəni  Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin etdirməklə bu idarəni də şəxsi nəzarəti altında saxlaya bilib.
İndi aydın oldumu, olay  Sabirabad rayonu ərazisində baş verir. ASC-nin bu ərazidəki  “sahibi” isə 1998-ci ildən bu günədək, yəni  23 ildir  Zakir Quliyevdir. Özü çıxır, xalası oğlunu qoyur. Bu cür idarəetmənin sonu da belə olmalı idi. 
Digər tərəfdən  yuxarıda korrupsiya məsələsini elə-belə qabartmadıq. 
Təsəvvür edirsiniz, ASC-nin bütün idarələrinə hər ay 50 min manat vəsait xətti açılır, həmin vəsait Zakir Quliyevin faktiki ortaq olduğu  şirkət vasitəsilə nağdlaşdırılır.
Onun himayəsi  altında olan “Hidro-Kaskad” MMC  üzərindən həyata keçirilən tender əməliyyatlarında qiymətlərin şişirdilməsi, maxinasiyalar  dəhşətli dərəcədədir.  2020-ci ildə ASC ilə sözügedən şirkət arasında "Nasos aqreqatlarının və digərlərinin satınalınması" üçün nəzərdə tutulan tender müqaviləsi üzrə qiymətlər faktiki olaraq 500 min manat şişirdilməklə ümumi məbləğ 2 milyon 440  min 404 manat göstərilib. Hansı ki,  alınan məhsulların qiyməti 2-3 dəfə şişirdilib. 
Bir nasosun zavod dəyəri maksimum 45 min manat təşkil etdiyi halda tender müqaviləsində 79 min manata rəsmiləşdirilib. 
Bütün bunların nəticəsində Zakir Quliyev xaricdə şirkətlərə, bahalı mənzillərə, villalara, avtomobillərı sahib olur. 
Təkrarçılıq olsa da qeyd etməyə məcburuq ki, ASC-nin sədr müavini Zakir Quliyevin  Sabirabadın Bəciravan kəndində böyük qum-çınqıl karxanası, Zəngənə kəndi yaxınlığında böyük bir balıq vətəgəsi  var. 
Yuxarıda qeyd etdik ki, Zakir Quliyev  2006-cı ildə  ASC-nin sədr müavini təyin olunanda  xalası oğlu Elman Nuriyevi  öz yerinə, yəni  Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin etdirib. 
İndi isə  Elman Nuriyevin əməllərinə nəzər salaq. 
Əslində Elman Nuriyev “fiqur”dur, oradakı əməlləri də Zakir Quliyev törədir. 
Bəli, bu idarə  respublikamızın Gürcüstanla sərhədlərindən başlayaraq Xəzər dənizinə kimi 1595 kilometr uzunluqda axan Kür çayı boyunca bəndlərinin istismarı, təmiri, möhkəmləndirilməsi, çay yataqlarının lildən təmizlənməsi işlərinin həyata keçirilməsi aiddir. 
Bu məqsədlə  hər il dövlət büdcəsindən külli miqdarda vəsaitlər ayrılır. Bu  vəsaitlərin böyük əksəriyyəti idarədə təyinatı üzrə xərclənmir.Yəni, müəyyən işlər üçün ayrılan dövlət vəsaitləri bilərəkdən şişirdilir, israfçılığa yol verilir ki, nəticədə də Elman Nuriyev rayonun, hətta respublikanın ən varlı  adamlarından birinə çevrilib. 
Elman Nuriyev hər il çay yataqlarının lildən təmizlənməsinə ayrılan milyonlarla  vəsaitləri təyinatı üzrə xərcləsəydi...
Bəli, XƏRCLƏSƏYDİ...Sabir su kanalı ilə ölmüş heyvan cəmdəkləri, it leşi, pampers-zad axmazdı. 
Bu pullar Elman Nuriyevlə xalası oğlu Zakir Quliyev arasında bölünüb. 
Biz Elman Nuriyevin  bəndvurmaq adı altında dövlətin milyonlarını mənimsəməsindən, vəzifəyə gələndə köhnə 011 Jiquli ilə gəlməsindən, hazırda bahalı avtomobil kolleksiyasından, oğlunun cibindən “100-lük  paçkası” çıxarıb camaatın gözünə soxmasından, ŞAMLIQ şadlıq  sarayından, Zakir Quliyevlə  Çuxuryurddakı qoşa  villalarından və  daha nələrdən uzun-uzadı yazmaq istəmirik. 
Biz əbəs yerə Zakir Quliyevin qohumlarının adını çəkmirik. 
Bəli, Elman Nuriyev  vəzifəyə təyin olunan  kimi öz qohum, yəni həm də Zakir Quliyevin qohumlarını  Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsində işlə təmin edib. Məsələn, Elman Nuriyev öz qardaşı oğlu Qoçu Nuriyevi, qardaşı Saleh Nuriyevi, Mahir Nuriyevi, bacılarının həyat yoldaşları Nuru adlı şəxsi, Sakit Gülməmmədovu idarədə işlə təmin edib. 
Elman Nuriyev idarəyə məxsus texnikaların ehtiyyat hissələrini əksər hallarda qardaşı Saleh Nuriyevə  məxsus mağazadan alır. Büdcədən maşın və mexanizmlərin ehtiyat hissələrinin alınması məqsədilə ayrılan külli miqdarda vəsait, məhz idarə rəisinin qardaşına məxsus mağaza üzərindən nağdılaşdırılır. Bundan əlavə idarəyə verilən ehtiyyat hissələri, yanacaq  və  sürtgü yağları, “solyarka”  satılaraq Elmanın cibinə gedir. 
İndi bir daha əmin oldunuzmu  dövlətin milyonlarla vəsaiti  Zakir Quliyevin və onun qohumlarının cibinə gedir. 
Biz Elmanın işçilərə  800 manat maaş yazıb, 400 manat verməsindən, bir ayda 600 işçidən  240 min manat mənimsəməsindən və başqa maxinasiyalardan yazmaqdan  yorulmuşuq. 
Yeri gəlmişkən, Zakir Quliyev öz yeznəsi Əflan İsmayılovu da  Sabirabad Suvarma Sistemləri idarəsinin müdiri təyin etmişdi. O, indi rəhmətə gedib və onu Şafiq müəllim əvəz edir. 
Sonda bir daha Sabirabad sakinlərinin  həyəcan dolu müraciətinə qayıdaq. 
Sakinlərin dediklərindən bəlli olur ki, Şafiq müəllim  bu günədək kanalın Nizami kəndindən Hacı Bəbirliyə qədər olan hissəsində 1 metr ərazidə də təmizlik işləri aparmayıb. 
Sakinlər onu da qeyd edir ki,  Şirvan su idarəsi ( rəis Azad Qurbanov ) Sabir su kanalı üzərində suyu təmizləmək üçün modul tipli qurğular düzəldib. Yəni Allah qoymasa suyu duruldub əhaliyə içməli su kimi verəcəklər. 
Sabirabad camaatı haqlı olaraq soruşur ki, suyu durultmaqla onun mikrobunu, virusunu, leş iyisini necə yox edəcəklər. 
Ən dəhşətlisi də odur ki, modul qurğularının ətrafı da zir-zibil məskənidir.  
Sonda Sabirabad camaatı  Azərsu-dan kömək istəyir və  
ASC-nin yeni sədrinə  üz  tutub soruşurlar ki, sənin  islahatların  nooldu, bəs  ay Zaur Mikayılov ? 
Nə vaxta qədər  ASC-ni  Zakir Quliyev idarə edəcək ? /Gundelik-baku.com/скачать dle 12.1