2000  manat  cərimə  Mərdəkan bələdiyyəsinin sədri Mirbaba Hüseynov üçün  “qəpik-quruş”dur…

Dəniz sahilindəki kafe  və  restoranların tullantıları   dənizə atılır … 

“Prostina satan”  Mirbaba  söz verib ki, Mərdəkanı satıb qurtarandan sonra  evlənəcəm
..


Deməli, paytaxt  Bakının ən bahalı torpaqları Xəzər rayonunda, daha dəqiq desək Mərdəkan qəsəbəsindədir. 
Ümumiyyətlə, Xəzər rayonunda Mərdəkan, Şüvəlan, Buzovna, Şağan,  Binə, Zirə, Türkan, Qala bələdiyyələri fəaliyyət göstərir. 
Adi oxucu da  görə bilər ki, kurort  zonası sayılan bu bələdiyyələrin ərazisindəki  torpaqların qiyməti az qala  qızıl  qiymətinədir. 
Bu bələdiyyələrdən birinin, yəni Mərdəkan bələdiyyəsinin sədri  Mirbaba  Hüseynovdur. 
Mirbaba Hüseynovla bağlı cəmi bir rəsmi məlumata rast gəldik. 
Deməli, bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhərinin Xəzər rayonu ərazisində tullantıların idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilib.
Reyd zamanı Xəzər rayonu, Mərdəkan qəsəbəsində tullantıların qanunvericiliyə uyğun qaydada idarə edilmədiyi ortaya çıxıb. 
Faktla bağlı əraziyə cavabdeh Mərdəkan bələdiyyəsinin sədri Mirbaba Hüseynov barəsində protokol tərtib olunub və ona inzibati qaydada vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə tətbiq edilib.
Deməli,  Bakının  mirvarisi  sayılan Mərdəkanda aşıb-daşan zibilə, məişət tullantılarına, dəniz sahilinin çirklənməsinə görə, Allah qoymasa, bələdiyyə sədri Mirbaba Hüseynov  2000  manat cərimələnib. 
Görəsən, bu problemdən çıxış yoludurmu ? 
2000  manat pul Mirbaba üçün qəpik-quruşdur. 
2000 manat  bələdiyyə  sədri üçün heç YARIM SOT  torpaq da deyil. 
Deməli, 2000  manat cərimənin heç bir faydası olmayacaq və Mirbaba Mərdəkanı batıra-batıra gedəcək. 
Təsəvvür edin ki, Mərdəkanda  Xəzər  dənizinin  sahilində nə qədər kafe, restoran  varsa hamısının xeyir-duasını Mirbaba verib. 2000 manat cərimə nəinki restoranın, heç kafenin  bir günlük qazancı deyil. Ona görə də belə qəpik-quruş cərimə ilə Mirbaba kimi bələdiyyə sədrlərini islah etmək mümkün deyil. 
Mirbaba Hüseynov  Mərdəkanda ən bahalı torpaqları  bələdiyyə sənədi ilə satıb, dəniz sahilini kimlərəsə hədiyyə edib. 
Mirbaba Hüseynov geniş müsahibələrinin birində imkansız ailələrə 50 manat yardım etməsindən, bir kasıb ailənin yas məclisini yola verməsindən və s söhbət açır. 
Bir soruşan yoxdur ki, ay Mirbaba, sən xalqın torpağını  dədənin malı kimi satırsan, sonra da kiməsə 50 manat dilənçi payı verirsən və bunu reklam edirsən. 
Axı, sənin özün  bir vaxtlar 5-10 manata “prostina”  satırdın, köhnə Jiqulidə  gəzirdin…
Bəli, tanıyanlar yaxşı bilir ki, Mirbaba Hüseynov uzun müddət  Xəzər rayonundakı 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında “zavxoz”, yəni təsərrüfat işləri üzrə müdir olub. 
Mərdəkan  camaatı  Mirbabanı “prostina”, yəni mələfə satan  kimi tanıyırdı. Bu adam xəstələr üçün dövlətin ayırdığı  “prostina”ları satır, xəstələri köhnə mələfələrə möhtac edirdi. 
Bəli, Mirbaba mələfə, yəni döşək ağı, hətta xəstələrə verilməli  əl dəsmalı-məhrəba,  aftafa  sata-sata gəlib olub bələdiyyə sədri. 
Mirbabanın  hansı məktəbi bitirməsi, ali təhsilinin olub-olmaması da  bəlli deyil. 
Ancaq bəlli olan odur ki, sonuncu bələdiyyə seçkilərində Mirbaba Mərdəkanda bir tozanaq qoparmışdı ki, səsi-küyü  ölkəni götürmüşdü, bütün sosial şəbəkə, yutub kanalalrı Mirbabanın saxta yolla seçilməsindən danışırdı.  
Mirbaba Hüseynov bələdiyyə sədri olan kimi qəsəbənin ən bahalı torpaqlarını sataraq milyonçuya çevrildi. Özü üçün xeyli sayda obyektlər acdı,  hətta hazırda  obyektlərini  Acsess banka, Oba marketə, Hovuz  inşaata icarəyə verib. 
Bəli, Mirbabanın mebel sexləri gecə-gündüz işləyir.
Mirbaba Hüseyov  köhnə Jiqulidən düşüb  bahalı, AA seriyalı,  Panoramada gəzir.  
Mərdəkan camaatı deyir ki, Mirbabanın  bir sirri var. Yəni Mirbaba yaşının çox olmasına baxmayaraq  subaydır. Söz verib ki, Mərdəkan torpaqlarını satıb qurtarandan sonra evlənəcək. /Gundelik-baku.com/скачать dle 12.1