Əsas mövzuya keçməzdən öncə onu qeyd edək ki, 2012-ci ildə  birbaşa  Ramiz Mehdiyevin “xeyir-duası” ilə  adına “DOSAAF”  deyilən qurum, yəni 80 ildən çox fəaliyyət göstərən  Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti ləğv  olundu və  qurumun  80 il ərzində yaranan  bütün   MADDİ-TEXNİKİ  BAZASI  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimovun  və Şahvələd Əliyevin “ixtiyarına”  verildi. 
Birincisi, ondan başlayaq ki,  DOSAAF  vətəndaşların könüllü yardımları əsasında yaranmışdı, dövlət qurumu deyildi, burada qurultay əsas söz sahibi idi. 
Bəs necə oldu ki, 80 ilə yaranan MADDİ-TEXNİKİ BAZANIN  talehini  bir dəqiqəyə həll  etdiniz. 
Bəs nə üçün  Arzu Rəhimovla bərabər  Şahvələd Əliyevin adını xüsusi olaraq qeyd etdik. 
Çünki DOSAAF-ın  nəyi vardısa  Şahvələdin ixtiyarına keçdi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində  “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi”  MMC yaradıldı və sahibi Şahvələd Əliyev oldu. 
Təsəvvür edirsiniz 80 il fəalaiyyət göstərən və böyük maddi-texniki  bazası olan  qurumu başqa adla Şahvələd Əliyevə sanki hədiyyə etdilər. 
DOSAAF-ın  obyektləri, klubları, maddi vəsaiti Şahvələd Əliyev üçün göydən düşmə oldu. 
Və  MMC-də ciddi maxinasiyalar başladı. Bu MMC-yə təmir-tikinti adı ilə ayrılmış milyonlarla vəsaiti Şahvələd Əliyev  öz şefi ilə mənimsədi. 
Guya Allah qoymasa, vətənpərvərlik mərkəzi  tikib-qurur, təmir edirdi. 
Onu da bildirək ki, sözügedən mərkəz vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi, idmanın hərbi-tətbiqi növlərinin inkişafı, gənclərin hərbi xidmətə hazırlanması, yeniyetmə və gənclər arasında texniki yaradıcılığın təbliği, çağırış yaşlı gənclərin xüsusi hərbi ixtisaslar üzrə hazırlanması və vətəndaşların texniki ixtisaslar üzrə hazırlanması işlərini yerinə yetirmək məqsədi ilə yaradılıb. Çox təəssüf ki, bu gün mərkəz yalnız sürücülük məktəblərindən ibarətdir. Yəni MMC rəhbərliyi üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarmadı. 
Əvvəl DOSAAF  heç olmasa,  ayda bir-iki dəfə tədbirlər keçirib, cəmiyyət nümayəndələri, gənclər arasında vətənpərvərlik  təbliğat işləri aparırdı. Hazırda mərkəz demək olar ki, fəaliyyətsiz quruma çevrilib. 
Görəsən  dövlət  qurumları  Şahvələd Əliyevin imza atdığı   maxinasiyaları  niyə araşdırmadı ? 
Bəli, DOSAAF-ın 80 illik bazasını öz şefi ilə dağıdandan sonra  Şahvələd Əliyev oldu Arzu Rəhimovun müavini. 
Özü də ən “yağlı”  müavin - Rəisin  MALİYYƏ  və MADDİ-TEXNİKİ TƏMİNAT   üzrə  müavini. 
Görəsən, dövlətin hər il ayırdığı milyonları Şahvələd Əliyev  necə “realizə”  edirdi ? 
Rayon hərbi komissarlıqlarının binaları neçəyə təmir olunurdu ? 
Hər təmirdən sonra  Şahvələdə  neçə 100 min “otkat”  daxil olurdu ? 
Görəsən, Cənab Şahvələd  Əliyev Dövlət  Xidmətinin  müxtəlif rayon şöbələrinə ( keçmiş rayvoyenkomat )  maliyyəni hansı  faizlə bölür, neçə  faizi geri alırdı ? 
Hər təmirdən  sonra nə qədər “otkat” olurdu ? 
Cənab Şahvələd  Əliyev, siz  həm də maddi-texniki bazaya cavabdeh idiniz. 
Ona görə Dövlət Xidmətinin aldığı  bahalı avadanlıqların qiyməti  kağız üzərində və realda nə qədər idi ? 
Cənab general ! 
Suallar çoxdur, əvvəl vəzifədə idiniz, indi isə vəzifədən çıxarılmısınız. Cavab vermək məqamı çatıb. Hazır olun. /Gundelik-baku.com/скачать dle 12.1