Halallıq  geniş anlayışdır, təkcə kolbasa ilə bağlı deyil..

“Leş Tofiq”  “Səhliyalı” şirkətinə nə qədər ölmüş heyvan cəmdəyi, leş satıb ? 





“1000 BƏRƏKƏT HALAL NEMƏT”  ət və ət məhsulları ilə Azərbaycan bazarına  daxil olan “Səhliyalı” şirkəti  1996-cı ildə fəaliyyətə başlayıb. 2000-ci ildən başlayaraq  kolbasa və sosiska  istehsalını həyata keçirdi. 
Şirkətin reklamından bəlli olur ki, Avstriyadan müasir  avadanlıqlar gətirilib, guya şirkətin işçiləri xarici ölkələrdə təcrübə keçiblər. 
Bütün bunlar şirkətin özü barəsində ucuz və bayağı reklamdır. 
Bəs əslində vəziyyət necədir ?
Birincisi ondan başlayaq ki, son 20-30 ildə  “HALAL” adı altında  ölkə bazarına o qədər halal olmayan, haram, ölmüş heyvan cəmdəkləri girib ki, Azərbaycan insanını belə  reklamla aldatmaq mümkün deyil. 
İkincisi, HALALLIQ təkcə ətlə, kolbasa ilə bağlı məsələ deyil. İnsan hər məsələdə halallığı qorumalıdır, yoxsa kolbasa ilə halallıq olmaz. 
Üçüncüsü, bəzi şirkətlər  Qafqaz Müsəlmanları İdarəsindən  guya halallıq  sertifikatı alaraq əhaliyə ən iyrənc məhsulları təqdim edirlər. 
Elə  “Səhliyalı” şirkətinin “Min bərəkət halal nemət”  markası ilə satılan kolbasa və sosiskalarının istehsal olunduğu sexlərdən  yayılan videolar göstərdi ki, məhsulların içindən siçan nəcisi, heyvan tükü çıxır. 
Bunun harası HALAL oldu, cənab Səhliyalı ? 
Bir məsələni unutmayın ki, Xırdalanda taxta sexinin ərazisini  hasara alıb orada uzun illər  gizli olaraq ölmüş heyvan, at, eşşək cəmdəkləri satılırdı və bu məsələyə yüksəkçinli bir polis zabiti “krışa”lıq edirdi. Bax, həmin zaman “Səhliyalı” şirkətinin Xırdalanda 2 kolbasa sexi var idi. Aydın oldumu ? 
Təsəvvür edirsiniz, hətta  hökumətin rəsmi  orqanı olan  qəzetlər yazıb ki, “Səhliyalı”  kolbasa üçün ərəb ölkələrindən mənşəyi məlum olmayan, üfunət iyi verən  heyvan əti gətirir və ətə o qədər ədviyyat, zərərli maddələr vurulur ki,  üfunət  iyi  çəkilsin. 
Şirkət  hətta öz saytı olan  sahliyalı.com-da da  ət məhsullarını haradan aldığını göstərmir. 
Bəs onda istehlakçı  aldığı məhsulun tərkibini, mənşəyini haradan bilsin ? 
Hətta mediada  şirkətin istehsal etdiyi  sosiskadan  siçan ətinin çıxmasını göstərən  faktlar da var. 
Bəli, mediada “Min bərəkət, halal nemət” adlı kolbasaların konkret olaraq leş ətlərdən  hazırlandığı barədə  ciddi  informasiyalar var. 
“Səhliyalı”nın çox iyrənc  reklamı da var. Guya öz  halallığını camaata  göstərmək üçün  hamını gözünün qarşısında “Bismillah”  deyərək  xüsusi aparatla  heyvanın başı kəsilir. Bu biabırçılıqdır, vəhşilikdir. 
Bir məsələni də unutmaq olmaz ki, dünyada  onkoloji xəstəliklərin mənbəyi daha çox kolbasadır. 
Bir sözlə,  Bəşirovlar ailəsinə  məxsus  olan “Səhliyalı”  şirkəti  Min bərəkət adı altında min hoqqadan çıxır. /Gundelik-baku.com/скачать dle 12.1