Ət bahalaşır, amma “Qədim Dad”ın kolbasalarının qiyməti dəyişmir…
Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli hara baxır ..?
Bu gün ölkəmizdə özəl sektorda kifayət qədər fəaliyyət göstərən müəssisələr, firmalar, şirkətlər və ət-toyuq, süd məhsulları istehsal edən fabriklər zavodlar var. Dövlət bu şirkətlərə normal şərait yaradıb.
Təəssüf ki, bu şirkətlər dövlətin yaratdığı münbit şəraitdən istifadə edərək, insanlara keyfiyyətli məhsullar deyil, mənşəyi bəlli olmayan qidalar satırlar. Bu isə sonda millətimizin genefondunu məhv edir.
Belə şirkətlərdən biri də “Qədim Dad” MMC-dir.
Yeri gəlmişkən, Azərbaycanda ətin qiyməti bahalaşdıqca, kolbasanın və sosiskanın qiyməti dəyişmir. Və vətəndaş haqlı olaraq soruşur ki, görəsən kolbasa və sosiska nədən hazırlanlır..?
“Qədim Dad” MMC hər yerdə özünü yüksək texnologiya, sağlam qida ilə reklam edir.
Amma bir soruşan yoxdur ki, MMC-nin sahibi Elşən Məmmədovla “Leş Tofiq”in hansı əlaqələri var ?
Yeri gəlmişkən, Bakıdakı dönərxanalara, kolbasa sexlərinə neçə ildir ölmüş heyvan cəmdəyi verən “Leş Tofiqi” həbs etdilər və 1 ay sonra həbsdən azad etdilər.
Ümumiyyətlə, kolbasa istehsalı ilə bağlı onu bildirək ki, normalda kolbasanın 45 faizini ət məhsulu, 12 faizini isə zülal təşkil edir.
Əgər kolbasada 45 faiz ət varsa, onda ətin qiyməti ilə kolbasanın qiyməti arasında bu qədər fərq ola bilməz axı…
Deməli, “Qədim Dad” MMC əhaliyə keyfiyyətsiz və saxta məhsullar verir.
Söhbət təkcə “Qədim Dad” MMC-dən getmir, digər şirkətlər, məsələn, "Lider", "Hacı Turqay", "Sab", "Kral", "Ovçu", "Kristal", "Sevimli Dad", eləcə də digər kolbasa və sosislərin tərkibi standarta uyğun deyil.
Hətta bu kolbasa və sosislərin Hindistandan gətirilən keyfiyyətsiz, xəstə camış ətindən hazırlanması barədə də mediada kifayət qədər yazılıb.
Bütün bunları bildik.
Bəs, bütün qida və ərzaq məsələlərinin təhlükəsizliyi üçün cənab Prezident tərəfindən yaradılan Qida Təhlükəsizliyi Agentliyi hara baxır..?
Görəsən Agentliyin rəhbəri Qoşqar Təhməzli nə vaxt öz şəxsi biznesindən vaxt tapıb dövlət işi ilə məşğul olacaq…?
P.S Bizim arzumuz ölkəmizdə qida məhsullarının təmiz Avropa standartlarına uyğun hazırlanması, istehsal olunmasıdır. Biz də xalqımızın təmiz qida ilə təmin olunmasının arzusundayıq. Bizim istəyimiz, amalımız, ancaq ölkəmizin inkişafı və xalqımızın rifahının yüksək olmasıdır. Gəlin, bu işlər uğrunda bir olaq, təmiz qida, yüksək təhsil, zəngin mətbəx, savadlı səhiyyə və ölkəmizin inkişafı üçün bütün sahələrə nəzarət mexanizmini gücləndirək.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /Gundelik-baku.com/
“Qədim Dad”ın sahibi Elşən Məmmədovla “Leş Tofiq”in əlaqəsi ... - Aqta-nın sədri Qoşqar Təhməzli niyə yoxlamalar aparmır ?
01
mart
16:57

Qarabağ
KOMMENTLƏR
“Veysəloğlu”nun maliyyə müdiri Nüsrət müəllim otel və istirahət mərkəzlərini niyə banka girov qoyub?
Qoşqar Təhməzli Qarabağda VURUŞUB?.. - Rəsmilər heyrət içində susur...
Agentlik sədri idman verilişlərində enerji içkilərinin reklamından DANIŞDI
Qoşqar Təhməzlinin QİDA-sı öz işinin öhdəsindən gələ bilmir- Belə davam eləsə, qara yara, brüselyoz kimi xəstəliklər yayılacaq...
" Müalicəvi” sözündən istifadə hallarının qarşısı alınıb" - AQTA sədri
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat