Dövlət milyonlarla vəsait sərf edib müşahidə kameraları, radarlar quraşdırıb ki…. 

Yol polisi sürücünü çıxdığı yerə qədər qovmasın…


Böyük şəhərlərin, yəni meqapolislərin nəqliyyat sistemini nizamlamaq  həqiqətən də dünyada ciddi problemə çevrilmişdi. 
Yəni  60-70  il əvvəl olduğu kimi polis  çubuğu- JEZLA ilə nəqliyyatı  tənzimləmək çoxdan tarixə çevrilib. 
Ona görə də, nəqliyyatın hərəkətini nizamlamaq üçün sivil ölkələr çoxdan intellektual idarəetməyə keçib. 
Bunun üçün şəhərlərin küçələrində müşahidə kameraları, radarlar quraşdırılıb. 
Birincisi, insan faktorunu ( rüşvət istəyə bilər, qərəzli ola bilər və s ) azaltmaq  üçün bu vacib idi. 
Yəni  müşahidə kamerası və radarlar kimdəsə  şübhə doğura bilməzdi. 
Həm də nəzərə almaq lazımdır ki, hazırda nəqliyyat vasitələrinin sayı  nəinki 50-60 il, hətta 10 il əvvəlki ilə müqayisə olmayacaq dərəcədə çoxdur. Və bu rəqəm getdikcə  dəfələrlə  artmaq üzrədir. 
Ona görə də, dövlət milyonlarla vəsait sərf edərək az qala hər küçədə, hər döngədə  müşahidə kamerası, radarlar quraşdırdı. Bu  texniki vasitələrin  zaman-zaman təmiri və yenidənqurulması dövlətə milyonlar hesabına başa gəlir. 
Məqsəd ölkə vətəndaşlarının, sürücülərin rahat və problemsiz hərəkətini təmin etməkdir. 
Çox təəssüf ki, bu məsələdə ölkə başçısının müsbət təşəbbüslərinə və ayırdığı dövlət  vəsaitlərinə  baxmayaraq yenə də yollarımızda neqativ hallar baş verir. 
Yəqin ki, çoxları Ulu Öndər Heydər Əliyevin zamanında bu məsələ ilə bağlı kəskin və sərt mövqeyini xatırlayır. 
Bu problem dəfələrlə Milli Məclisin tribunasından da ən kəskin formada, hətta “bu danabaşlar”  şəkilində səslənib. 
Yəqin ki, Milli Məclisin Komitə sədri Eldar İbrahimovun bir neçə il  öncə dediklərini xatırladınız. 
Amma təəssüf ki, problem nəinki bitmək bilmir, əksinə getdikcə artır, dözülməz olur. 
Son illər ölkəmizin paytaxtı Bakı şəhərində  yaranan dəhşətli “probka”-tıxacların da səbəbini məhz  burada axtarmaq lazımdır. 
Axı, nə vaxta qədər Bakı Şəhər Yol Polisi  sürücünün dalınca  düşüb onu saxlayacaq, yersiz  sualları ilə onu bezdirəcək, vaxtını alacaq, yalandan cərimə edəcək ? 
Bu nə vaxta qədər davam edəcək ? 
Bəs dəyəri milyonlarla olan  bu qədər texniki vasitə, radar, monitor, müşahidə kameraları  nə üçün quraşdırılıb ? 
Nə üçün yol polisi avtomobil sürücüsünü  “çıxdığı  yerə qədər”  qovmalıdır ? 
Birincisi, Bakı Şəhər  Yol Polisinin rayon şöbələri var, sonra qəsəbələrdə  yol polisi var və s. 
Və ən əsası  bütün bu qurumların özünə uyğun konkret DİSLOKASİYASI  var. 
Əgər  Bakının 12  rayonunda yol  polisi ilə bağlı qurum varsa, Bakı Şəhər Yol Polisi İdarəsi nəyə lazımdır ? 
Nəqliyyat ekspertləri haqlı olaraq  bildirir ki, 1 avtomobili  saxlamaq 3 min minik vasitəsini tıxaca salmaq deməkdir. Bu isə şəhər nəqliyyatını iflic etməkdir. Başa düşdünüzmü, cənab  “Bakı QAİ”sinin böyükləri ? 
Ekspertlər hesab edir ki, ümumiyyətlə, paytaxtın hər rayonunda nəqliyyata nəzarət edən polis qurumu varsa, Bakı Şəhər Yol Polisi  artıq qurumdur və ləğv olunmalıdır. 
Bu qurumda nə qədər filankəsin bacısı oğlu, filan məmurun kürəkəni, filan deputatın oğlu və s işləməlidir.  Sizin məqsədiniz həm dövlətin, həm də vətəndaşların cibinə girməkdir ? 
Biz bilirik ki, Bakı Şəhər Yol Polis İdarəsində kifayət qədər savadlı, öz işinin öhdəsindən gələn ləyaqətli əməkdaşlar çalışır. Amma  vətəndaşlara hər gün, hər saat problem yaradan əməkdaşlardan da qurtarmağın zamanıdır. 
Nə vaxta qədər  Bakı Şəhər Yol Polisi paytaxtın nəqliyyat sistemini bəzi 20 manat dalına düşənlərin “dubinka”sı ilə idarə edəcəkdir ?
Görürsünüz, biz paytaxtın rayonlarına, qəsəbələrinə məsul olan yol polisindən yazmırıq. 
Problem odur ki, yol polis sistemində hər qurumun öz DİSLOKASİYA YERİ var. 
Bakı Şəhər Yol Polisi hər gün, hər saat DİSLOKASİYANI pozur. Problem budur. Bu isə paytaxt yollarında dözülməz tıxaclar yaradır. 
Təsəvvür edirsiniz, bütün günü Bakı Şəhər Yol Polisi cərimə yazmaq üçün bir-biri ilə yarışa çıxırlar. 
Biz cərimənin əleyhinə deyilik,  etdiyimiz  nəqliyyat pozuntusuna görə, hətta 3 qat cərimə də ödəməyə hazırıq. Amma….
Axı, sürət və digər nəqliyyat pozuntularına görə radar və kameralar hər şeyi qeydə alır. Bəs, Bakı Şəhər  Yol Polisi nə istəyir ? 
Bəlkə, cərimələrə görə “mükafat”  alacaqları üçün bütün günü  sürücülərin dalına düşürlər ? 
Biz SSRİ kimi bir imperiya dağılanda, nəhayət Azərbaycan müstəqillik əldə edəndə, bir dövlət olaraq Avropa Şurasına üzv olanda düşünürdük ki, inşallah  Avropa ailəsinin üzvü olacağıq. 
Cənablar! Dünya bizə baxır. Nəinki  üzvü olduğumiz Avropada, heç qonşularımızda  sürücünü DYP tərəfindən qovmaq deyilən biabırçılıq yoxdur. 
Hətta 2 gün öncə hörmətli Daxili İşlər Nazirimiz cənab Vilayət Eyvazov xəbərdarlıq etdi ki, əsas olmadan vətəndaşı saxlamaq  OLMAZ. 
Təsəvvür edirsiniz  problem o həddə çatıb ki, Bakı Şəhər Yol Polisinin əməkdaşları dövlət əhəmiyyətli tədbirin keçirilməsi üçün  vacib olan konfidensial planı pozublar. Bunun adı  rüsvayçılıqdır.
Yeri gəlmişkən, Bakı Şəhər Yol Polis İdarəsinin sözçüsü, ictimaiyyətlə əlaqələrə məsul olan şəxs  Vaqif  Əsədov və başının “dəstəsi”  nə qədər ki oradadır, qurumun işində heç bir müsbət nəticə ola bilməz. 
Vaqif  Əsədov mediadakı   “ucuz dostları”  ilə guya problemləri aradan qaldırmaq adı altında öz bazarlığını edir. 
Həm də, yeri gəlmişkən, Vaqif  Əsədovun tay-tuşları çoxdan yaşla bağlı vəzifəsilə vidalaşıb. 
Bəs görəsən, bu Vaqif  Əsədovun qara qaşına, qara gözünə kim aşiq olub..?
Sonda cənab Prezident İlham Əliyevə, cənab nazir Vilayət Eyvazova, Baş Dövlət Yol Polis İdarəsinin rəisi  Ramiz Zeynalova müraciət edərək xahiş edirik ki, paytaxt sakinlərinin canını Bakı Şəhər Yol Polis İdarəsinin zülmündən xilas edin.
P.S Etika naminə bu yaxınlarda işdən azad olan DYP işçilərinin işdən azad olunma səbəblərini yazmırıq. /Gundelik-baku.com/скачать dle 12.1