Əli Həsənovun qardaşı İsa Həsənov da aradan çıxır…

Prezidentin sabiq köməkçisi  Əli Həsənov vəzifədən uzaqlaşdırılandan sonra onun Sabunçu İcra Hakimiyyətində Təssərrüfat şöbəsinin müdiri işləyən qardaşı  İsa Həsənov da “çemodan” əhval ruhiyyəsindədir.
  
Şahidlərin dediyinə görə,  İsa Həsənov rayonun icra başçısı Adil Vəliyevdən xahiş edib ki, ürəyindəki problemlə bağlı xaricə getməyə icazə versin. 

İcra başçısı Adil Vəliyev isə ona bildirib ki, bu məsələ mənim imkanım xaricindədir: “ Onsuz da qardaşınız  Əli Həsənovla bağlı söz-söhbət bitmir”.
 
Gundelik-baku.com-un  məsələ ilə bağlı icra hakimiyyəti ilə əlaqə saxlamaq  cəhdi alınmayıb. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

''Gündəlik Bakı''nın Araşdırma qrupu(gundelik-baku.com)скачать dle 12.1