Son vaxtlar Xətaidə təkcə icra başçısı dəyişməyib. Həm də digər qurumların rəhbərləri dəyişib. Amma dəyişiklik müsbətə doğru deyil, mənfiyə doğrudur. Məsələn, Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (Xətai RETSİ) yeni rəis təyin ediblər Ağaverdi Həsənov. Ağaverdi Həsənov kabinetinin ağzına bir şüar yazıb: Ağanəzərəm, belə gəzərəm. Yeni rəisin təzə müavini, daha dəqiq desək, satış şöbəsinin rəisi Fərid Əbilov, ümumiyyətlə, deyir ki, Xətaidə mənəm, Bağdadda kor Xəlifə. Deməli, müdirlə müavini Xətaidə fərdi və kommersiya təyinatlı sayğacları “sıfırlayıb” vətəndaşlardan, yaxud obyekt sahiblərindən AYLIQ alırlar. Zarafatla deyirlər ki, Xətai İşıq İdarəsində işə düzəlib eşşəklə işə gələnlər uzağı 4-5 aydan sonra eşşəkdən düşüb Mercedes-ə minirlər. Sonra da möhtərəm dövlət başçımız İlham Əliyev cənabları deyir ki, 35-40 faiz enerji itkisi var. Bu məmurlar Prezidenti aldadırlar ki, guya bu təbii itkidir. Bu heç hara itmir, Ağaverdi, Fərid kimilərin cibinə gedir. Bu rəis-müavin sayğacları satır, sayğacları qəsdən zədələyib pul qazanırlar. Fərid Əbilov qardaşının Lökbatanda təcridxananın rəisi olmağından, yaxud keçmiş deputat Hacı Madərin qohumu olmasından əməlli-başlı istifadə edir. Son vaxtlar Fərid o qədər bərk gedir ki, hətta rəisi Ağaverdi Həsənovu saymır, deyir rəis özüm olacam. Son vaxtlar Ağaverdi - Fərid cütlüyü o qədər harınlayıb ki, məcburi köçkün, Qarabağ veteranı olan kasıb bir insana 1350 manat işıq pulu yazıb. Bu o qədər absurddur ki, axı evində ömründə kondisoneri olmayan, kasıb bir adamın 1350 manat işıq borcu necə ola bilər, axı ? Bir sözlə Ağaverdi – Fərid cütlüyü tez-tez ikilikdə Aygün Kazımovanın “Qoy işığı söndürüm” mahnısını qoyub qulaq asırlar. Növbəti yazıda -Xətaidə işığın bütün sirrlərini bilən, gizli obyektlərin bilicisi Elçinin yerini niyə dəyişdilər? - Vətəndaşlar Şahmarı niyə axtarır ? - və s suallara aydınlıq gətirəcəyik.
''Gündəlik Bakı''nın Araşdırma Qrupu(gundelik-baku.com)скачать dle 12.1