Adına “moyka”, “yuyucu” və s deyilən obyektlər Bakıda və ölkədə N qədər. Birincisi, bu obyektlərin adından başlayaq. “Moyka” ruscadır, “Yuyucu” isə ölü yuyana deyirlər, yəni MÜRDƏŞİR. Dilimizdə qarğış edəndə deyirlər ki, Qulağına YUYUCU barmağı girsin. Deməli, bu obyektlər haqqında YUYUCU sözü də yerində deyil. Bu yaxınlarda keçmiş Razin, indiki Bakıxanov qəsəbəsindən keçəndə gözümə AVTO-HAMAM sataşdı. Həə, bu ayrı məsələ. Bəli, xalq söz yaratmağı bacarır. Bu obyektdə maşını çimizdirirlər, deməli, bura AVTO-HAMAM-dır. Nə isə mövzudan yayınmayaq. Bu moykalarda gün ərzində nə qədər su sərf olunur. Bir maşını çimizdirmək, bir ailənin gündəlik su sərfiyyatı qədərdir. Təsəvvür edirsiniz nə qədər su sərf olunur ? Adını qoyublar TEXNİKİ SU… Əslində insanlara çatacaq su avtomoykaya gedir və pullar silinir.. Bir azda dəqiq desək, Bakı şəhərində, Nəsimi rayonu ərazisində, Sirkin ətrafında xeyli sayda birinci mərtəbədə olan yaşayış evlərinin təyinatı dəyişdirilib və moyka olublar. Burda küçələri su basır, insanlara problem yaranır və s. Ən əsası görəsən Azərsu hara baxır ? Görəsən Vergilər Nazirliyi bu “moyka”lara niyə nəzarət etmir? Hər gün burda nə qədər avtomobil “çimir”, pulu nə qədər edir ? Görəsən, Nəsiminin icra başçısı hörmətli Asif Əsgərov müəllim, hara baxır Deyəsən HAMAM suyundan özünüzə dost tutursunuz, cənablar ? "GÜNDƏLİK BAKI"-nın ARAŞDIRMA QRUPU (Gundelik-baku.com)










скачать dle 12.1