Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin təşəbbüsü ilə ali təhsil müəssisəsində “Qida təhlükəsizliyi” mövzusunda İnteraktiv  maarifləndirmə tədbiri keçirilib.
Bakisesi.com xəbər verir ki, adıçəkilən qurumun əməkdaşları Eldəniz Əkbərov, Cavid Qurbanzadə və Aynurə Qurbanzadənin Beynəlxalq qida təhlükəsizliyinin idarəetmə sistemləri, qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi, qida zənciri (ilkin istehsal, istehsal,emal,qablaşdıma,saxlanma,daşınma və s), qida məhsullarında təhlükəli amillər (bioloji, kimyəvi, fiziki) və standartlar, İstehlakçıların hüquqları, o cümlədən müdafiəsi ilə bağlı təqdimat- çıxışları maraqla qarşılanıb.
İnteraktiv maarifləndimə tədbirində  universitetin qida məhsulları mühəndisliyi ixtisasında təhsil alan  tələbələr  iştirak ediblər.   скачать dle 12.1