Bir saat əvvəl ölkə mediası Rusiyaya xidmət etməkdə ittiham olunan azərbaycanlıların siyahısını açıqladı. Sözün düzü, siyahının nə qədər mötəbər olub-olmadığını deyə bilmərəm.
 Amma yadıma düşür ki, 1992-ci ildə AXC  hakimiyyətə gələndə, Əbülfəz Elçibəy prezident olanda nə qədər cəhd olsa da Rusiya xidmət orqanlarına, daha dəqiq desək, KQB-yə xidmət edən agentlərin siyahısı açılmadı. O zamankı prezident Əbülfəz Elçibəy demişdi ki, guya agent siyahısı açılsa qardaş qırğını olar. Nə isə o vaxtdan düz 28 il keçib. Və bu gün Rusiyaya xidmət etməkdə  ittiham olunan azərbaycanlıların siyahısı açıqlanıb. Siyahıda olanların hamısının Rusiya “şpionu” olmasını düşünəcək dərəcədə sadəlövh deyiləm. Amma siyahıda bir məqam diqqətimi cəlb etdi. Bakı Slavyan Universitetinin xeyli sayda əməkdaşı agent siyahısında var. Bir deyil, iki deyil… Yadıma bir neçə ay əvvəl Azərbaycanda baş verən siyasi rüsvayçılıq düşür. BSU-da keçmiş KQB şefi Primakovun yubileyi keçirilmişdi. Təsəvvür edirsiniz, 20 Yanvar qırğını, xalqımıza qarşı genosid və Primakova YUBİLEY.. BSU-nun rektoru Nurlana Əliyeva Primakovun dostu imiş. Bu sıradan bir hadisə ola bilməzdi. Yubileydən bir neçə gün əvvəl Nurlana ilə Fatma Abdullazadə görüşmüşdü. Və … 
Ardı növbəti yazıda. Gundelik-baku.com-u izləyin
''GÜNDƏLİK BAKI''nın ARAŞDIRMA QRUPU(gundelik-baku.com)скачать dle 12.1