Bizim  hər hansı bir dövlət məmuru ilə şəxsi müstəvidə  problemimiz, qərəzimiz yoxdur. O cümlədən, 20 il  ölkənin Baş prokuroru olan  cənab Zakir Qaralovla.
Amma  20 il ölkənin  Baş prokuroru olan şəxsin  fəaliyyəti ciddi təhlil olunmalıdır. Yenə söhbət  kimisə ifşa etməkdən,  balta çalmaqdan-zaddan getmir.  Söhbət sağlam tənqiddən gedir ki, yeni vəzifəyə gələn  nəticə çıxartsın,  düzgün istiqamət götürsün.
Bəli, Zakir Qaralovun 20 illik Baş prokurorluğu müstəqil Azərbaycan tarixində elə də müsbət səciyyələndirilmir. Bu dövr, ümumiyyətlə, prokurorluğun cəmiyyətdə hörmətsiz, nüfuzsuz olduğu dövrdür. 
Təssəvvür edirsiniz, canlı şahidlər  bizə zəng vurub deyirdi ki, 6-cı, bazar günləri  cənab Baş prokuror  Zakir Qaralov qoltuğunda papka AKKORD-un obyektlərini gəzir, haqq-hesab edir, tikilən binalara baxırdı və s.
Bu təkcə hüquqi problem deyil e,  sadəcə rüsvayçılıqdır. 
Bu adam Baş prokuror idi, yoxsa  Baş  PRORAB..? 
20 ildə prokurorluğun apardığı  istintaq materiallarına  baxa bilsəniz dəhşətə gələrsiniz. Hətta ibtidai təhsili olanlar belə istintaq aparmaz. Hətta yalanı, saxtakarlığı savadlı “oformit” etmək lazımdır. Amma təsəvvür edirsiniz mürəkkəb QƏTL hadisəsini  Zakir Qaralov  STAJYORA tapşırıb. Bundan böyük FƏLAKƏT nə ola bilər ki…
Mürəkkəb ölüm işini  prokurorluqda TƏCRÜBƏ keçən STAJYOR-a tapşırıblar. 
Nə isə, zəlzələdən,  yaxud vəlvələdən  bu 20 illik dövr başa çatdı. 
İndi yeni Baş Prokuror təyin olunub, Kamran Əliyev.
Haqqında  ictimai rəy, eyni zamanda ictimai- siyasi elitanın  fikri  müsbətdir. 
Atalar demişkən, kor nə istər iki göz, biri əyri biri düz. 
Biz də bir media orqanı, hətta  vətəndaş olaraq istərdik ki, hörmətli Baş Prokuror Kamran Əliyev həqiqətən də Prezident İlham Əliyevin etimadını doğrultsun,  ölkədə qanunçuluq bərqərar olsun, cinayətkarlar cəzasız qalmasın, cinayəti olmayan saxta yolla cəzalandırılmasın. 
Ulu Öndər Heydər Əliyev demişkən, “Dövlət o zaman sarsılır ki, cinayətkar cəzasız qalır, cinayəti olmayan isə cəzalandırılır”.
Amma son aylar prokurorluq  orqanlarında baş verənlər ümid yaradır ki, həqiqətən də cənab Kamran Əliyev  ciddi kadr islahatları həyata keçirir, artıq  cəmiyyətdə PROKUROR sözünün itmiş nüfuzu bərpa olunur, ƏDALƏT anlayışına ümid yaranır.
Bu yerdə cənab Prezidentimizin Ali Məhkəmənin yeni binasının açılışında dediyi söz yada düşür. Cənab İlham Əliyev dedi ki, bu bina ƏDALƏT  SARAYI-dır.
Bəli,  hüquq-mühafizə orqanları, prokurorluq, məhkəmə sistemi ƏDALƏT SARAYI olmalıdır.
Sonda üzümüzü  bəzi rayonların hələ də köhnə qayda ilə mürgüləyən rayon prokurorlarına tutub deyirik ki, ayılın ZAMAN adlı Qatar gedib, ZAKİR QARALOV dövrü başa çatıb.
''GÜNDƏLİK BAKI''nın ARAŞDIRMA QRUPU(gundelik-baku.com)скачать dle 12.1