BakiSesi.com

Bakıda sükan arxasında sürücünün ürəyi dayandı

Tarix:30-05-2019, 18:00 | Oxunub: 55 209
Bakıda sükan arxasında
Ötən gecə Bakıda bədbəxt hadisə baş verib.
Unikal.org-un Trend-ə istinadla verdiyi məlumata görə, hadisə Nobel prospektində qeydə alınıb. Üzü şəhər istiqaməti ilə hərəkət edən "Mercedes E-class" markalı avtomobilinin sürücüsü qəfil halı pisləşib.
Şahidlərin sözlərinə görə, sürücü avtomobili saxlaya bilsə də, Təcili Tibbi Yardımı gözləyə bilməyib. Onun ürəyinin dayandığı bildirilir.
Hadisə yerinə Təcili Tibbi Yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.скачать dle 12.1