Ali Məhkəmə və Apellyasiya hakimlərinin təyinatı ilə bağlı cənab Prezidentin təqdimatı, hesab edirəm ki, sıradan bir məsələ deyil, məhkəmə-hüquq islahatları çərçivəsində növbəti əməli addımlardan biri kimi qiymətləndirilməlidir.
 Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya  komitəsinin sədri Sadiq Qurbanov Ali Məhkəmə və Bakı Apelyasiya məhkəmlərinə yeni hakim təyinatlarından gözləntilər  və son günlərdə həbs olunan RİH başçılarının vətəndaşların torpaqlarının ələ keçirilməsində  məhkəmələrin rolu ilə bağlı məsələni  şərh edərkən deyib.
Onun sözlərinə görə, son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi, məhkəmə hüquq sistemində də ciddi islahatlar həyata keçirilməkdədir. “Ölkə başçısının 3 aprel 2019-cu il tarixli fərmanı bu istiqamətdə aparılan islahatların yeni hədəflərini müəyyən edib.
Məhkəmələrin maddi texniki bazasının yüksək səviyyədə təmin edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi həmçinin məsələlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsində özünü göstərməkdədir. Lakin etiraf etməliyik ki, bu sahədə görüləsi hələ çox iş vardır. Məhkəmə sisteminin bu gün Azərbaycan Respublikasının Prezidenti tərəfindən aparılan islahatların tempinə, islahatlar kursuna hələ tam adekvat olmasını demək olmur.
Ədalət mühakiməsi qanunların tətbiqində həyata keçirdiyi effektivlik, qərarların sürətliliyi və ədalətliliyi ilə həm də inkişaf edən biznes və sahibkarlıq mühitinin təminatçısı kimi çıxış edir. Təsadufi deyildir ki, ölkə başçısının 3 aprel 2019-cu il tarixli fərmanı ilə məhkəmə sistemi qarşısında qoyulan əsas istiqamətlərdən biri də “Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının effektivliyinin artırılması, xüsusən sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsi”dir”- S.Qurbanov qeyd edib.
Komitə sədri bildirib ki,  bu günlərdə həbs edlən rayon İH başçılarından birinin ölkə başçısı tərəfindən şəxsən nəzarətə götürülən əməllərindən biri də ayrı-ayrı vətəndaşların torpaqlarının zorla ələ keçirilməsi olub: “Acınacaqlı haldır ki, həmin İcra Hakimiyyəti başçısı o vətəndaşların torpaqlarını ələ keçirməsinə məhkəmə qərarları ilə hüquqi don geydirməyə çalışıb. Bu nə deməkdir? Bu o deməkdir ki, bir çox hakimlərimiz hələ də qanunun aliliyi, konstitusion hüquqların hər şeydən üstün olması, mülkiyyət hüquqlarının qorunmalı olmasını dərk edə bilməmiş, öz şəxsi maraqlarını hər şeydən üstün tutmuşlar”.
Komitə sədri əlavəz edib ki, bu gün pandemiyanın planetimiz üçün yaratdığı ən ağrılı problemlərdən biri də iqtisadi çətinliklərdir: “Biz xoşbəxt ölkəyik ki, Azərbaycan Prezidentinin uzaqgörən iqtisadi siyasəti sayəsində ölkəmiz dünyada olan krizisləri hiss etmir. Lakin biz yerində saya da bilmərik. İqtisadiyyatımız, xüsusən də qeyri-neft sektoru inkişaf etməlidir və bu ancaq yeni investisiya qoyuluşları ilə mümkün ola bilər.
İnvestisiya qoyuluşlarının dərinləşməsi yalnız iqtisadi və institusional tədbirlərin görülməsindən asılı deyil, eyni zamanda özünə inam formalaşdırmış ədalət məhkəməsinin mövcudluğundan, həm hər-hansı məmurun özbaşnalığı, həm də iqtisadi fəaliyyətin digər aktorlarının qanunsuz fəaliyyəti və ya haqsız rəqabətindən qorunmağa imkan verən məhkəmə sisteminin fəaliyyətindən asılıdır.
Hansı halda iqtisadiyyata yeni investisiya qoyuluşları edilir? O halda ki, ölkədə sabitlik olsun, investisiyaların qorunmasına yönəlmiş mükəmməl qanunvericilik bazası olsun və həmin qanunları effektiv tətbiq edən müstəqil və ədalətli məhkəmə sistemi olsun. 
Biz ölkəmizdəki sabitliklə fəxr edirik. İnvestisiya mühitinin yaranmasına və qorunmasına yönəlmiş qanunvericilik bazamız var. Qalır ancaq bu qanunları effektiv və ədalətli tətbiq edəcək hakimlərimizin, məhkəmələrimizin olmasına.
Yeni təyin olunan hakimlərdən ən böyük gözləntilərimiz ümumi məhkəmə sistemimizə qeyd etdiyim istiqamətlərdə töhfə vermələri, olkə başçısı cənab İlham Əliyevin apardığı islahatlar kursuna əməli dəstək vermələridir”.скачать dle 12.1