"Azərbaycan-ABŞ münasibətləri strateji xarakter daşıyır və hər iki ölkənin dərin maraqlarına cavab verir".
Bunu \ "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.
"Trampın dövlət başçımıza ünvanladığı məktubda bunu hiss etmək olar və əslində bu məktub bir daha onu təsdiq edir ki, Azərbaycan ABŞ üçün regionda bir nömrəli iqtisadi və çox əhəmiyyətli siyasi tərəfdaşdır. Əlbəttə ki, Vaşinqton Azərbaycanla münasibətlərin qurulmasında maraqlıdır.
Son illər münasibətlər daha da inkişaf edərək müxtəlif sahələri, xüsusilə də enerji, hərbi texniki əməkdaşlıq, siyasi dialoq və  terrorizmlə mübarizə sahəsini əhatə edib. Bu sahələr olduqca əhəmiyyətlidir və əlbəttə ki, Azərbaycan Amerika dialoqu imkan verir ki, bütün bu sahələr üzrə inkişaf və münasibətlər davam etsin.
Dağlıq Qarabağ münaqişəsi və ABŞ-nın bu məsələyə münasibətinə gəldikdə həmin məktubda bir daha vurğulanıb ki, ABŞ Azərbaycan dövlətinin həm müstəqilliyini, həm də ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir və bu ABŞ-nın Azərbaycana qarşı ənənəvi xəttin bariz nümunəsidir, dəyişilməz olmasını göstərir. Dağlıq Qarabağ münaqişəsi ümumiyyətlə regionda böyük təhlükələr törədir. O cümlədən də, Amerikanın maraqlarına bilavasitə toxunur və bu maraqlarını regionda təmin etmək üçün Azərbaycanla qarşılıqlı münasibətlər inkişaf etdirməklə öz maraqlarını təmin etməsinə əngəllər yaradır. Bu, münaqişənin beynəlxalq norma və prinsiplər çərçivəsində həlli üçün çox əhəmiyyətlidir və bu məktubda bir daha onu göstərib. Düşünürəm ki, Azərbaycan Amerika dialoqu gələcəkdə də öz faydasını verəcək və regionda sülhün davamlı inkişafı üçün bilavasitə xidmət göstərəcək.скачать dle 12.1